"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi hesabat verdi

--2021-01-25 / 14:06

          

Zaqatala rayonu Muxax bələdiyyəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında,o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat

           "11” Yanvar 2021-ci il tarixdə bələdiyyə üzvlərinin ümumi yığıncağında təsdiq edilmişdir.

 

    

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

2020-ci il bütün dünyada o cümlədən ölkəmizdə Covid-19-a qarşı mübarizə tədbirləri aparmış,bu gün də bu mübarizə karantin qaydaları davam etməkdədir.Ərazidə bələdiyyə olaraq biz də ciddi karantun qaydalarına əməl edilməsinə vəziyyəti cətin olan ailələrə yardımlar etməklə, əhali arasında marifləndirmə işləri aparmaqla öz köməkliyimizi göstərməyə calışmışıq.Bundan sonra da tədbirləri davam etdirəcəyik.

 2020-ci il artıq tarixdə qaldı.2020-ci il tarixdə bizim qələbə ilimiz kimi qalacaqdır.Ali Baş komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində Ermənistanı məğlub edərək öz doğma torpaqlarını Qarabağı işğaldan azad etmişdir.Bu qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.Bu tarixi qələbəmiz şəhidlərimizin qanı ilə qazanılmış bir qələbədir. Qələbə əldə edərkən şəhidlərimiz də olmuşdur. Kəndimizin vətən müharibəsində iki şəhidi olmuşdur.Onların valideyinlərinə səbr diləyirik.Şəhid ailələri qarşısında baş əyirik.Yaralı qazilərimizə Allahdan şəfa diləyirik.

Qeyd etdiklərimizlə yanaşı ölkəmizdə olan ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişаfınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırımışdır. Bələdiyyələr gündən-günə inkişаf еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərir.Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışаrаq Zaqatala RİHB-nın tövsiyyələri əsasında Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə birlikdə ərazidə vacib olan müxtəlif layihələri həyata keçirməyə nail oluruq.

Muxax bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin təklif və tövsiyyələrinə,digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.

Bələdiyyə olaraq ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük. Sakinlərin problemlərini  öyrənirik və bələdiyyənin imkanları   daxilində bu qayğıları öyrənirik gücümüz catdığı səviyyədə həll etməyə calışırıq.Əsas işlərimizdən biri də sakinlər arasında olub onların  gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək üçün onların yanında olmağımızı sübut etməkdir. Bələdiyyə olaraq biz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.Bundan sonra da sakinlərimizin müraciətləri əsas götürülərək bələdiyyə ərazisində işlərimizi görəcəyik.

         Bu baxımdan Muxax bələdiyyəsi də hesabat dövründə müəyyən işlərin görülməsinə nail olmuşdur.

           -Muxax şəhidlər xiyabanı yanında olan piyada kecidinin asvalt döşənərək təmir etmişik

         -Muxax kəndinin mərkəzi yol kənarlarının mütamdi olaraq təmiz saxlanmasına diqqət edirik.

           -Sistem çölündə suvarma üçün arteziyan qazılması zamanı vacib olan məsələlər həll edilmişdir.

       -Zaqatala-Qax şösse yolun aşağı hissəsində zibil poliqonu üçün sahə ayrılmış və quyu qazılaraq sahənin ətrafı bərkidilmişdir.

           -Vətəndaşların müraciəti əsasında bir necə ara yoluna cınğıl daşınaraq təmir edilib.

         -Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmək üçün Suvarma Sistemləri idarəsi rəhbərliyi ilə danışıqlar aparılmış bu sahə həmişə diqqət mərkəzində olmuş və həmin idarəyə vəsait köcürülmüşdür.

         -Kənd sakinlərinin müraciətləri əsasında icməli su məsələsi diqqətdə saxlanılır təmir işlərində yaxından iştirak edirik.

         -Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq və tut tinki salınmış sahələrə qulluq edilməklə nəzarətdə saxlanılır.

         - Əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir.

         -Koronavirusla əlaqədar olaraq bələdiyyə ərazisində cətin dolanan ailələrə ərzaq yardımları edilmiş,tibbi maskalar alınaraq vətəndaşlara paylanmışdır.

         -Şəhid ailələrinə maddi yardımlar edilmiş, bundan sonra da şəhid ailələri diqqətdə saxlanılacaqdır.

         -Şəhidlərin dəfn mərasiminin təşkilində vacib olan məsələləri həll etmişik.

         -Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüşdür.

         -Selbasan fındıq bağında və selbasana gedən yolda təmir işləri aparılmış,sel sularından sahələrin qorunması üçün kanal qazılmışdır. 

 2020-ci il üzrə 128600 manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 99791 manat olmuşdur.  Büdcənin mədaxil hissəsinə hesabat dövründə 77.6 % əməl edilmişdir ki, bu da büdcənin 28809 manat kəsirlə yerinə yetirilməsi deməkdir.

 

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi –                                                                16470 manat

- Əmlak vergisi -                                                                     7084 manat

- Bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn gəlirlər -  53747   manat  

- Əkin sahələrinə görə icarə haqqı  -                                          13883   manat              

- Bələdiyyə əmlakının icarəsindən   -                                5374  manat            

-Dövlət tərəfindən verilən dotasiya-                                 2620  manat

-digər gəlirlər-                                                                    612  manat

 

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 128600 manat əvəzinə 92318 manat təşkil etmişdir ki, bu da proqnoza 71.8 % əməl olunması deməkdir.

Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

-        İşçilərə əmək haqqi ödənilmişdir                            31418- manat

-         DSMF ödəmələr                                                           8242- manat

-        Dəftərxana ləvəzimati kompyuter təmiri və sair          1133- manat

-         Silahlı qüvvələrə-                                                       1640- manat

-       Kimsəsilərə və şəhid ailələrinə yardımlar                   2450 - manat

-         Abunə uçun                                                                    530 - manat

-         İcməli su Arteziyanların təmiri cənlər alınmasına        4023 - manat

-        Koronavirusla əlaqədar yardımlara və sair                   847- manat

-         Mal-material alınmasına                                                710- manat

-         Rabitə xidmətinə                                                          699- manat

-         Az qiymətli mal-material xərcinə                                   1250 - manat

-         Kənd təsərrüfatı yol xərcləri və xidmət haqqı               9104- manat

-         Xidmət haqqı tutulma 25% və 14%                               3479- manat

-       Suvarma suyu ekologiya  və sair                                  300 -manat

-         Abadlıq xərclərinə                                                        2565 -manat

-         İşsizlik sığortası                                                                 332- manat

-         Mədəni kütləvi tədbirlərə idmana                                     246 -manat

-         Şəhidlər xiyabanı yanında yol təmiri                            2321 -manat

-        Bank,poçt xidmətinə                                                       729- manat

-         Odun elektirik  enerjisi sərfiyyatına                                757- manat

-       Şəhid ailələrinə odun                                                       299- manat

-         DƏDRX-nə və müsabiqə hərraca xidmət haqqı             313 -manat

-       Onlayın xidmət   haqqı ödənilib                                     2210-manat

-       Həmkərlar                                                                       657- manat

-         Digər xərclər                                                                 7242 -manat

-         Kənd Bələdiyyələrinin Milli Assosiasiyasina                   452- manat

-         Audit xidmətinə                                                               2500- manat

-      digər xərclər (reyestr və kadastr xidmət xərcləri)           5869- manat

 

  Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə ödənilir.

2020-ci il üçün praqnozlaşdırılmış 18000 manat torpaq vergisinə qarşı 16470 manat və ya 91.5 % ,11500 manat əmlak vergisinə qarşı 7084 manat  və ya 61.6 % ödəniş edilmişdir.    2019-cı illə müqayisədə torpaq vergisinin yığımında 862 manat artım olmuş, əmlak vergisində isə 490 manat  azalma olmuşdur.Bildiyiniz kimi əmlak vergilərindən pensiyacılara 30 manata qədər güzəşt olunması əmlak vergisi gəlirinə də təsirsiz ötüşmür.Buda dövlətimizin vətəndaşlarımıza qayğısı kimi qiymətləndirilməlidir.

2020-ci il ərzində 20 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcları bələdiyyə büdcəsinə Zaqatala rayon Propasiya və İcra şöbəsi tərəfindən ödənilməkdə davam edir.Bundan sonra da tərəfimizdən vergidən yayınan mülkiyyətçilərə qarşı diqqət artırılacaqdır.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər kəndlərində olduğu kimi, bizim rayonda da kəndimizdədə son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Biz çox istərdik ki, bu inkişafda bələdiyyəmizin öz payı daha çox olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında vətəndaşlarımız tərəfindən bələdiyyə büdcəsinə ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 24 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 79 qərar qəbul edilmişdir. Hesabat dövründə bələdiyyəyə 318 nəfər müraciət etmişdir ki, onların 160 nəfəri ayarış və digər sənədlər almaq üçün,158 nəfəri ərizə ilə müraciət etmişdir.Bələdiyyənin sədr və müavinin qəbulunda 125 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı məsələlərə baxılmışdır.

      Bələdiyyə işinin yaxşı təşkil edilməsinın nəticəsində Muxax bələdiyyəsinin 01 yanvar 2021-cı il tarixinə nə əmək haqqına nə də ki,digər təşkilatlara heç bir manat borcu yoxdur.Bu Muxax bələdiyyəsinin tarixində sevindirici haldır.01 yanvar 2021-ci il tarixə bələdiyyənin 8199 manat 67 qəpik xərclənməmiş pul vəsaiti vardır.

Fürsətdən istifadə edərək bütün kənd sakinlərinə müraciət edərək bildirirəm ki,vergi ödəyicilərimizin bələdiyyəyə əvvəlki illərdən qalan 158000 manat vergi borcu var.Borclarınızı vaxtında ödəyin ki,biz də ərazidə olan problemləri vaxtında həll edək.Hər bir vergi ödəyicimiz vətəndaşlar arasında marifləndirmə işləri aparmalı bələdiyyəyə yaxından kömək etməlidir.Bir yumuruq kimi birləşərək bələdiyyəmizi Azərbaycanda ən yaxşı bələdiyyələr sırasına cıxarta bilərik.

Vergiləri vaxtında ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Dövrümüzün tələblərinə uyğun olaraq bələdiyyənin sosial şəbəkələrdə feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaşımız elektron qayda da   istədiyi məlumatı bələdiyyədən ala və ya məktub şəklində müraciət edə suallarını bələdiyyəyə elektron qaydada ünvanlaya və cavab ala bilərlər.Çox təəssüflər olsun ki,sosial şəbəkələrdə olan gənclərimiz bu sahədə aktivlik nümayiş etdirmirlər.

Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər kənddə olan səliqə səhmanı deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar.  Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla  bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.Yadda birdəfəlik saxlamalıyıq ki,hər bir vətəndaşımız təmizilk etməyə həm də təmizliyi qorumağa borcludur.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını,arxları, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.Hamı gözləyir ki,bələdiyyə gəlib təmizləsin.Yadda saxlayın ki,hər bir vətəndaşımız bələdiyyəyə ildə az bir miqdarda olan vergini ödəməklə yanaşı kəndin ümumi təmizlik işlərindədə yaxından iştirak etməyə borcludur.

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik.Bir daha onlara sonuncu xəbərdarlıq edirik. İstəməzdik ki, belə vətəndaşlarımız haqqında inzibati tədbirlər görülsün. Yaddan cıxarmayaq ki,mədəniyyət yoldan başlayır.Həyətlərimizin qarşısında olan yolu daim səliqəli saxlayaq təmizliyə nail olaq ekoloji təmizlik bizim hər birimizin sğlmlığı deməkdir.

Mən güman edirəm ki,kənd ağsaqqalların, ziyalıların və bütün kənd əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda bələdiyyə ərazisinin sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

       Diqqətinizə görə çox sağ olun!

    Elvin Yusubov

 Zakatala rayonu Muxax bələdiyyəsinin                                                             sədri             

 

ŞƏRHLƏR