"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi ərazidə daha bir layihəyə start verib

--2020-08-10 / 15:04

Zakatala rayonu Muxax bələdiyyəsinə seçicilər tətəfindən edilən müraciətlə əlaqədar olaraq kəndin

"Selbasan"adlı çölün sel sularından qorunması, yolun təmir edilməsi və yoldan su

kecidi üçün borular qoyulmaqla təmirinə başlanılıb. Həmin yoldan bələdiyyə mülkiyyəti

"Selbasan"fındıq bağına da texnika ilə gediş-gəliş olduqca cətin idi.

Bu barədə məlumat adıçəkilən bələdiyyə sədri Elvin Yusubov məlumat verib.

Yolun təmiri 600 metr uzunluğunda su kanalların qazılması işləri hal-hazırda həyata keçirilir.

Yaxın günlərdə bu işlər başa catdırılacaqdır.

Bələdiyyə sədri Elvin Yusubovun bildirdiyinə görə, digər yollar da bələdiyyənin imkanları

daxilində gələcəkdə yararlı vəziyyətə salınacaqdır. Məqsədimiz seçicilərimizin ehtimadını doğrultmaqdır.


Belediyye.info

ŞƏRHLƏR