"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi birinci rübə yekun vurdu

--2017-04-20 / 12:12

Zakatala rayon Muxax bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyənin  mühasibat və bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin birgə iştirakı və bələdiyyə sədri Valeh Abdullayevin  sədrliyi ilə 2017-ci ilin I rübünün yekunları müzakirə edilib.

İclasda  Muxax bələdiyyəsinin  mühasibi Sənubər İsayeva 2017-ci ilin I rübü üzrə gəlir və xərclər haqqında hesabat verərək bildirdi ki, rüb ərzində ümumi proqnozlaşdırılmış 24.075 manat büdcə gəlirlərinə qarşı faktiki gəlir 12.683 manat olmaqla büdcə 52.7 % olub. Bələdiyyə büdcəsinin gəlirləri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi,və bələdiyyə mülkyyətinin əmlakının satışından torpaq icarə  haqqı yığımından formalaşır.

Fiziki şəxslərdən yerli vergi və ödənişlərin ödənişi xidmətedici banklar və Azərpoçt şöbələri vasitəsilə nağdsız ödəmə qaydasında həyata keçirilir. Fiziki şəxslərdən xidmətedici banklara və Azərpoçtun şöbələrinə daxil olmuş vəsaitlər mədaxil sənədləri əsasında tam uçota alınıb.

Ümumilikdə I rübdə proqnozlaşdırılmış 24.075 manat büdcə xərclərinə qarşı faktiki xərclər 14.270 manat olmaqla büdcə 59.3 % -lə yekunlaşıb.

 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquqi-normativ aktlara müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərməklə ayrılır. Bələdiyyə iclasının qərarı ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər haqqında təqdim edilmiş hesabatlar, işlərin yerinə yetirilməsinə dair aktlar, qaimə-fakturalar, hesab-fakturalar, ödəmə qəbzləri və maliyyə - təsərrüfat əməliyatlarının baş verməsi faktını əks etdirən sənədlər uçot registrlərində əsas götürülərək tam uçota alınıb.

 Hesabat dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə  bələdiyyənin komissiya sədrləri,bələdiyyə qulluqcuları iştirak ediblər və bələdiyyənin işinin bundan sonra daha  işgüzar qurulması, büdcə gəlirlərinin artırılması, vətəndaşlarla daim qarşılıqlı dialoq cərcivəsində  səmərəli fəaliyyət göstərməsinin  vacibliyi barədə fikirlərini bildiriblər.

Bələdiyyə sədri Valeh Abdullayev iclasa  yekun vuraraq 2017-ci ilin I rübü üzrə olan çatışmazlıqların aradan qaldırılması və büdcə vəsaiti proqnozlarının yerinə yetirilməsi məqsədiylə bələdiyyənin müvafiq qurumlarına tapşırıq və tövsiyələrini verib.

Belediyye.info

ŞƏRHLƏR