"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Muxax bələdiyyəsi "Azərbaycanda Yerli Demokratiya Həftə”sinə belə hazırlaşıb

--2018-10-16 / 08:59

Oktyabr ayının 15-dən 21-dək "Azərbaycanda Yerli Demokratiya Həftəsi" start götürüb. Ölkəmizin bütün bələdiyyələri ilə yanaşı Zakatala rayonu Muxax bələdiyyəsi də həftə ərzində aktiv iştirak etməyi planlaşdırır. Elə bu məqsədlə də bələdiyyə ərazidə oktyabr ayının 21-dək Seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qapalı məkanlarda görüşlərin keçirilməsi, əhalinin sıx toplaşdığı məkanlarda "poçt qutu"larının yerləşdirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bələdiyyə sədri Valeh Abdullayevin Belediyye.infoya verdiyi məlumata görə həqiqətən də hər il ölkəmizdə keçirilən” Azərbaycanda Yerli Demokratiya Həftəsi” ərazidə yaşayan vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Bu da bələdiyyə vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Belediyye.info

ŞƏRHLƏR