"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Müharibəsiz, qansız, qadağasız və xoşbəxtliklərlə dolu yeni bir dünya yaradacağıq: 13 yaşlı Səma Abdullayeva yazır

--2020-10-12 / 04:28

Bu günlər Azərbaycanın zirvəyə doğru gedən addımlarıdır və əminəm ki, bir neçə gündən sonra hamımız məqsədimizə çatacağıq. Azərbaycanın qələbə sevinci xəbərlərini bütün dünya eşidəcək.

Bütün dünya Azərbaycanın daha böyük gücünün və qələbələrinin şahidi olacaq. Xalqımız bu xoşbəxt günləri uzun müddətdir gözləyirdi. Lakin bu zəfər yolunda itkilərimiz də çox oldu.

Qarabağ Azərbaycan torpağı olduğuna baxmayaraq ermənilər bunu qəbul etmir, yalan və iftiraları ilə özlərini sübut etməyə çalışırlar.

Əsgərlərimizin tək amalı, tək arzusu Azərbaycan bayrağının Qarabağda dalğalanması idi və tezliklə bu arzuları çin olacaq. Əslində isə bu zəfər yoluna biz heç bir şəhid qanı tökmədən, heç bir ananın göz yaşını görmədən, sülh yolu ilə qədəm qoymalı idik. Ermənilər bu torpaqlardan öz xoşları ilə çıxmalı idilər. Lakin...

Bilirəm ki, yaxın gələcəkdə mənim kimi sülh tərəfdarı olan nəsil yetişir və bəşəriyyətin bu qanlı qaydalarını siləcəyik.

Müharibəsiz, qansız, qadağasız və xoşbəxtliklərlə dolu yeni bir dünya yaradacağıq.

Ümid edirəm ki, bu gün itirdiyimiz şəhidlər dünyadakı son şəhidlər olar.

Ümid edirəm ki , Qarabağ Azərbaycan Respublikasının torpaqlarına yenidən birləşdikdən sonra dünya bir daha heç bir müharibə ilə qarşılaşmayacaq.

 

Səma Abdullayeva. 13 yaş.

11.10.2020

ŞƏRHLƏR