"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Müəllim olmaq...- BƏLƏDİYYƏ SƏDRİ YAZIR

--2019-10-03 / 19:14

Həkimi də,polisi də,böyüyü də, kiçiyi də müəllim yetişdirir. Çətindir, məsuliyyətlidir müəllim olmaq. Səbrli,dözümlü olmalısan, dərdini-sərini unutmalısan 45 dəqiqəlik də olsa. Seçilməlisən danışığınla, davranışınla, gülüşünlə, duruşunla. Müəllim olmalısan şagird önündə,sinif otağında,yolda gedəndə belə müəllim olduğunu unutmamalısan. Şagirdini övladın kimi görməlisən. Əziyyət çəkməsilən, bəhrəsini görməlisən cəmiyyət üçün yetişdirdiklərinin. 15 ildir müəllim kimi çalışıram. Indi vaxtı ilə dərs dediyim şagirdlərimlə çalışıram. Cəmiyyətə, vətənə yararlı şagirdlər,insanlar yetişdirməyə çalışıram. MÜƏLLIMLIK müqəddəs peşədir. Bu peşəni yaşatmaq,inkişaf etdirmək də,MÜƏLLIM olmaq kimi məsuliyyətlidir. Müəllimin günü olmayan, hər günü müəllim olmalıdır.

Tural Nəbiyev

Füzuli rayonu Horadiz şəhər bələdiyyəsinin sədri

ŞƏRHLƏR