"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Müasir İncəsənət Muzeyinə ekskursiya təşkil olunub

--2019-07-08 / 18:08

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı və Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 06 iyul 2019-cu il tarixdə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə Müasir İncəsənət Muzeyinə ekskursiya təşkil olunub. Tədbirdə Binəqədi Bələdiyyəsinin üzvü, Büdcə məsələləri komissiyasının sədr müavini Aysel Əlizadə, YAP Binəqədi Rayon təşkilatı Gənclər Birliyinin sərd müavini Eldar Qurbanov və rayonun fəal gəncləri iştirak etmişdirlər.
Muzeyin əməkdaşı gənclərə Müasir İncəsənət Muzeyinin yaranması tarixi, muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Muzey Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır. Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. Muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir. Burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıxzadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub.
Muzeydə ziyarətçilərin istirahətinin maraqlı və faydalı təmin edilməsi üçün fəaliyyət göstərən oxu zalı, video zal və “Art” kafe ilə də gənclər tanış oldular.
Ekskursiyanın sonunda xatirə şəkli çəkildi və tədbir yekunlaşdı.

Aysel Əlizadə, 

Binəqədi Bələdiyyəsinin üzvü

ŞƏRHLƏR