"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mövcud qanunların bizə verdiyi səlahiyyətlərdən səmərəli istifadə etməyə çalışırıq

--2019-05-02 / 17:57

Biz hamımız Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədrinin hesabat məruzəsini diqqətlə dinlədik.

Qeyd olunduğu kimi, yola saldığımız ötən il, Möhtərəm cənab Prezident İlham Əliyevin gördüyü məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz uğurla inkişaf etmiş, sosial məsələlərin həllində mühüm strateji addımlar atılmışdır.

Hər yerdə olduğu kimi, hesabat ilində Binəqədi bələdiyyəsi də vətəndaşların sosial problemlərinin həllinə diqqətlə yanaşaraq, yerli demokratiyanın inkişafına, bələdiyyə-vətəndaş əlaqələrinin daim möhkəmlənməsinə diqqətlə yanaşmışdır.

Vaxtınızı qısa zaman kəsiyində almaq üçün bildirmək istəyirəm ki, biz keçən il əldə etdiyimiz yerli gəlirlər hesabına ərazidə 203.547 manatlıq müxtəlif istiqamətli yerli sosial-iqtisadi və ekoloji layihələr həyata keçirmişik. Fəaliyyətimizi həyata keçirərkən vətəndaşların iştirakı ilə qəbul etdiyimiz yerli büdcənin icrasını daim diqqət mərkəzində saxlamışıq.

Bu baxımdan Ümumi Yığıncağın da prioritet hesab etdiyi Yerli vergi və ödənişlərin toplanmasında əldə olunmuş təcrübə, movcüd potensial və perspektivlər barədə danışacağam. Etiraf edim ki, Milli Assosiasiyaların hazırladığı Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi əvvəllər mövcud olan sistemsizliyə, pərakəndə şəkildə topladığımız vergi işində dəqiq uçotun qurulmasına özünün müsbət təsirlərini göstərməkdədir.

Bu səbəbdən bilməyiniz yaxşı olar ki, 2018-ci il ərzində bələdiyyəmizin büdcəsinə 574.010 manat gəlir daxil olmuş, xərclərimiz isə 563.538 manat təşkil etmişdir. İllik yığım nəzərdə tutulmuş proqnoza əsasən 88,2 faiz təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 38661 manat və ya 7.2 faiz artıq vəsait deməkdir.

Başqa sözlə 2017-ci ildə yerli bələdiyyə büdcəsinə Fiziki şəxslərin torpaq vergisindən 55.387manat, Fiziki şəxslərin əmlak vergisindən 322.003 manat, Bələdiyyə mülkiyyətinin icarəsinə görə ödənişlərdən 75.124 manat, Küçə (divar) reklamının yayımı üçün ödənişlərdən, 160 manat, Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdən 1428 manat, digər gəlirlərdən 890 manat, Nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlərdən 940 manat, bələdiyyənin fəaliyyətindən 23.078 manat, dövlət büdcəsindən ayrılan dotasiyadan– 95000 manat vəsait daxil olmuşdur.

Biz yerli vergi siyasətini formalaşdırarkən tədiyyəçililərə dair dəqiq uçotun qurulmasını əsas işimiz hesab edirik. Hazırda bələdiyyənin inzibati ərazisində 401 binada 35200 ev təsərrüfatı və 1850 təsərrüfat subyektləri mövcudddur. (cəmi 37050 təsərrüfat) Vergi qanunvericiliyində nəzərdə tutulan formaya əsasən artıq ərazidə yerləşən 373 binada 31922 ev təsərrüfatında və 1700 təsərüffat subyektində pasportlaşma aparılmışdır. 28 binada 3278 mənzil olmaqla və 150 təsərrüfat subyektində pasportlaşma işi isə davam etdirilir. Hazırda   29454 mənzilin mülkiyyətçisi vergi ödəyicisi kimi Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə adlarına hesab açılaraq uçota alınmması o deməkdir ki, biz artıq ümumi mülkiyyətçilərin 79.5 faizini proqrama daxil edə bilmişik.  

Binəqədi bələdiyyəsi olaraq məlumat verdiyim işləri əsasən keçən ilin son üç ayında yerinə yetirmişik. İlk növbədə çalışmışıq ki, əhalini narahat edən sosial problemləri həll etməklə inandırma və qarşılıqlı etimad mühitinin formalaşdırmaqla əhali arasında vergi mədəniyyətinin formalaşdıra bilək.

Bununla yanaşı mövcud qanunların bizə verdiyi imkan və səlahiyyətlərdən də səmərəli istifadə etməyə çalışırıq. Bildiyiniz kimi Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir.

Vergilərin ödənilməsindən yayınanlara əvvəlcədən bildirişlər göndərilməklə xəbərdarlıq edirik. Müsbət nəticə olmadıqda Binəqədi rayon İcra və Probasiya şöbəsinə vergidən yayınanlara qarşı müraciət ünvanlayırıq. Son vaxtlar 612 nəfər şəxs barədə müraciətimiz cavabsız qalmamış, nəticədə bələdiyyə büdcəsinə 32.220 manat vəsait cəlb edilmişdir.

Düşünürük ki, vergi sahəsində vergi qanunçuluğuna əməl olunsa, vətəndaşlarla bələdiyyələr arasında qarşlıqlı inam mühitini formalaşdıra bilsək daha yaxşı nəticələr əldə edə bilərik. Təcrübə göstərir ki, bu cür mühitin formalaşdırılmasının ən sadə yolu bələdiyyələrin fəaliyyətində şəffaflığın və bələdiyyə qərarlarının qəbulunda vətəndaş iştirakçılığının təmin olunmasıdır.

Diqqətinizə çatdırım ki, eyni zamanda bələdiyyəmizin fəaliyyətində əhalinin müxtəlix təbəqələri ilə işimizi qurarkən əsasən aztəminatlı insanlara, əlillərə, ahıllara, məcburi köçkünlərə, şəhid ailələrinə və s. Maksimum dərəcədə çalışırıq ki, həssas yanaşaq.

 

Binəqədi bələdiyyəsi olaraq imkan düşdükcə inkişaf etmiş ölkələrin bələdiyyələrinin təcrübəsinə diqqət yetirməyə çalışırıq. Bu baxımdan keçən ilin oktyabr ayında Türk Dünyası Bələdiyyələr Birliyinin təşəbbüsü ilə Bosniya-Hersoqovina Respublikasında Sarayevo şəhərinin bələdiyyələrinin təcrübəsi ilə tanışlığımız çox səmərəli odu. Hesab edirəm ki, inkişaf etmiş ölkələrin bələdiyyələri ilə sıx əməkdaşlıq bizim bələdiyyələrə də öz müsbət təsirini göstərəcək.

Biz belə düşünmürük ki, Bələdiyyə olaraq bütün fəaliyyətimizdə, xüsusilə də yerli vergi və ödənişlərin toplanmasında hər şeyi əldə edə bilmişik. Əminəm ki, bu sahədə hələ istifadə olunmayan xeyli resurslar vardır.

Fəaliyyət istiqamətlərinin qurulmasında, Yerli vergi və ödənişlərin toplanmasında səmərəliliyin artırılmasının digər yolu qabaqcıl təcrübənin öyrənilməsidir. Ona görə də bildiyimiz qədər qabaqcıl təcrübənin öyrənilməsində Milli Assosiasiyalarda vaxtilə mövcud olmuş təcrübəyə yenidən qayıtmağın vaxtı çatmışdır.

Təklif edirəm ki, şəhər bələdiyyələri ilə yanaşı qəsəbə, yaxud kənd bələdiyyəsi olsun belə, harada müsbət təcrübə varsa öyrənilib geniş yayılmalı, bələdiyyələr maariflənməlidir. Bu həm də Milli Assosiasiyaların bələdiyyələrlə qarşlıqlı əməkdaşlığının yeni bir forması, bizlərə göstərilən əməli köməkliyin praktiki metodudur.

Salman Umudov

Binəqədi bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR