"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mosul bələdiyyəsinin müəssisəsi gəlir gətirməyə başlayıb

--2020-06-20 / 17:24

Zakatala rayonuu Mosul bələdiyyəsi yerli büdcəyə əlavə maliyyə vəsatinin cəlb edilməsi üçün ciddi addımlar atır. Bunun üçün ilk olaraq ötən il “Mosul MMC” təsis etmişdir. Müəssisə ilk olaraq kənd təsərrüfatı üzrə ixtisaslaşaraq 6 hektarlıq ərazidə arpa səpərək qulluq göstərmişlər.

Bununla bağlı Belediyye.infoya məlumat verən sədr Elçin Alasiyev bildirib ki, “6 hektar torpaq sahəsində arpa səpdik və artıq bu gün biçin apardıq və 12 ton məhsul əldə etdik. buda bələdiyyə büdcəsi üçün əlavə gəlir deməkdir.

Allah qoysa təsərrüfatımızı gələn il daha da gənişləndirməyi, yəni 10 hektar əkinə yaralı torpaq sahəsində arpa səpməyi nəzərdə tuturuq.”

Belediyye.info

ŞƏRHLƏR