Mingəçevir Bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutduğu tədbirləri keçirirək, “Həftə”ni uğurla bağa vurdu. Oktyabrın 19-da 7 saylı tam orta məktəbdə şagird özünüidarə təşkilatının üzvləri ilə görüş oldu. Şagirdlərlə bələdiyyənin fəaliyyəti, “Yerli Demokratiya Həftəsi” barədə sual-cavab keçirildi.
İstirahət günləri – 20, 21 oktyabrda “N.Gəncəvi”, “Şimşək”, “Göydələn” məhəllə komitələrində komitə üzvlərinin iki illik hesabatları dinlənildi. Hesabatda komitə sədrləri işlərdən danışıqlar və yeni sosial sifarişlərlə çıxış etdilər.
Bələdiyyənin sədri Coşqun Abdullayev və “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı Təbriz küçəsi, ev 3 və Naxçıvan küçəsi, ev 48 saylı binaların qarşısındakı xeyir-şər mağarlarından bələdiyyənin maliyyə dəstəyi ilə aparılan təmir işləri ilə tanış oldular.
Sakinlər görüş zamanı təmiri başa vurmaq üçün lazım olan digər ehtiyaclar barədə məlumat verdilər.
Bələdiyyənin Mətbuat Mərkəzi
|
|
|
|