"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir şəhərində “Bələdiyyə bazarı” olacaq

--2019-05-01 / 06:51

Cari ildə bələdiyyələrə ayrılan subvensiya bələdiyyə ərazilərində xidmət və yeni iş yerlərinin açılmasına xərclənəcək. Bununla bağlı Belediyye.infoya daxil olan məlumata görə, Mingəçevir bələdiyyəsinin ötən il təqdim etdiyi layihəsinə bu il subvensiya ayrılıb. Layihəyə əsasən şəhərin 25 min əhalisi olan, Az.İES qəsəbəsində 12 sot torpaq sahəsində dəyəri 171.000 manat olan “Bələdiyyə bazarı” inşa ediləcəkdir.

Məlumatda bildirilir ki, 70 nəfərin daimi işlə təmin olunmasını nəzərdə tutun “Bələdiyyə bazarı” bütün infarstrukturları nəzərə alınmaqla ən müasir tələblərə cavab verən yeni bir iş yeri olacaqdır.

Layihə üzrə xidmət sahəsində avtonəqliyyat vasitələrinin dayanacağının da tikilməsi həyata keçiriləcəkdir ki, buradan da Mingəçevir bələdiyyəsinə dayanıqlı gəlir əldə olunması planlaşdırılır.

Belediyye.info

ŞƏRHLƏR