"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir Bələdiyyəsi “Yerli Demokratiya Həftəsi”nə başladı

--2018-10-16 / 11:04

Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında bələdiyyələrdə keçirilən Yerli Demokratiya Həftəsinin əsas məqsədi yerli özünüidarəetmə prosesində əhalinin iştirakının və həmrəyliyinin artırılması, qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsidir.

Bu məqsədlərə çatmaq üçün Mingəçevir Bələdiyyəsində Həftə ərzində (15-21 oktyabr 2018-ci il tarixlərində) “Açıq qapı” günləri elan olunub, “qaynar xətt” açılıb. Əhali ilə bələdiyyədə və məhəllələrdə görüşlərə başlanılıb. Bələdiyyənin inzibati binasının fasad hissəsində “Yerli Demokratiya Həftəsində fəal iştirak edək!” plakatı asılıb, vətəndaşlara bələdiyyənin keçirəcəyi tədbirlərdə iştirakla bağlı çağırış edilib. Sakinlərin rəy və təkkiflərinin yazılı şəkildə bildirmələrinə şərait yaratmaq üçün bələdiyyə binasının I mərtəbəsində “Poçt qutusu” qoyulub.

“Yerli Demokratiya Həftəsi” çərçivəsində Mingəçevir Bələdiyyəsində keçiriləcək tədbirlər qrafiki ilə vətəndaşlar tanış edilib. Tədbirlər həftənin hər günü məktəb və məhəllələrdə davam edir.

Mingəçevir Bələdiyyəsinin mətbuat xidməti

ŞƏRHLƏR