"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir Bələdiyyəsi yeni layihəyə start verib

--2019-06-18 / 17:32

Şəhərin mərkəzində, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə Fəvvarə meydanının yenidən qurulmasına başlanılıb. Sakinlərin, əsasən də təqaüdçülərin görüş və istirahət yeri olan meydan və fəvvarə müasir dizaynla tikiləcək. Meydanın 1200 msahəsinə preslənmiş daş döşənəcək, 30 m2 sahə aqlayla örtüləcək. Fəvvarənin ətrafına 30 ədəd oturacaq, 12 ədəd zibil qutusu, 6 ədəd işıq dirəyi qoyulacaq. Meydanın qalan hissələrinə dekorativ kollar, müxtəlif növ gül və çiçəklər əkiləcək. Fəvvarənin içi cürbəcür rəngli işıqlarla, müxtəlif ölçülərdə su köpükləri, gözoxşayan su şarları ilə təchiz ediləcək. Əminik ki, bələdiyyə vəsaiti hesabına yeni dizaynla tikiləcək Fəvvarə meydanı mingəçevirlilərin sevimli guşələrindən birinə çevriləcək.

Mingəçevir bələdiyyəsi

ŞƏRHLƏR