"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir bələdiyyəsi veteranlarla görüş keçirib

--2018-11-06 / 15:20

Mingəçevirlilər üçün qarşıdan iki möhtəşəm bayram günləri yaxınlaşır: 9 Noyabr - Dövlət Bayrağı günü və 11 Noyabr-Mingəçevir şəhərinin 70 illiyi. Hər iki bayrama şəhərdə böyük hazırlıqlar gedir, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilir. Məhz bu məqsədlə Mingəçevir bələdiyyəsi şəhərin qurucuları olan bir qrup əmək veteranı ilə bələdiyyə üzvlərinin görüşünü təşkil edib. Çay süfrəsi ətrafında baş tutan görüşü bələdiyyə sədri Coşqun Abdullayev açaraq, iştirakçıları Dövlət Bayrağı günü və şəhərin 70 illiyi münasibəti münasibəti ilə təbrik edib.

Mingəçevir şəhər Veteranlar Şurasının sədri Ələm Məmmədov, sədr müavini Qəşəm İsmayılov, Mingəçevir haqqında yazılmış kitab müəllifləri Pənah Qurbanzadə, Nəsib Süleymanov, əmək veteranları Tahir Məmmədov, Sevindik Zamanov, Ağagül Əliyev, Bələdiyyə üzvü Zahid Qasımlı və digərləri şəhərlə bağlı xatirələrini, təəssüratlarını, şəhərin problemlərini aradan qaldırmaq üçün təkliflərini bildiriblər.

Veteran jurnalist P.Qurbanzadə Mingəçevirin tarixini işıqlandıran bir neçə kitab yazdığını, lakin hələ çap olunmayan əlyazmalarının olduğunu dedi və bələdiyyədən kitablarından birinin çapına maliyyə dəstəyi istədi.

Bələdiyyə sədri C.Abdullayev bu təklifin bələdiyyənin növbəti iclasında müzakirə olunacağını bildirib və ona dəstək olacaqlarına söz verib.

Görüş maraqlı, səmimi söhbətlərlə tamamlandı.

Mingəçevir bələdiyyəsi Mətbuat Mərkəzi

ŞƏRHLƏR