Binəqədi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
22 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən və “Milli Qəhrəmanlar” abidəsinin yerləşdiyi parkda təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, rayon bələdiyyələri və ərazidə yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri və milli qəhrəmanın ailə üzvləri iştirak edib.
“Milli Qəhrəmanları” Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Milli Qəhrəman Allahverdi Bağırovun həyatı və keçdiyi döyüş yolundan danışıblar.
Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını bildirdi.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirib ki, Allahverdi Bağırovun 70 illik yubileyinin Milli Qəhrəmanlar parkında keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır.
Tədbirin bədii hissəsində Biləcəri qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|