Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respubliasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilib. Bu barədə məlumatı Binəqədi RİH yayıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, məktəbəqədər və orta təhsil, səhiyyə və digər müəssisələr, İctimai birliklər, Rayon ziyalıları, ağsaqqalları, İctimai şuranın üzvləri, YAP Binəqədi rayon təşkilatının fəalları və gənclər iştirak ediblər.
Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Qəhrəmanın anası Salatın Hümbətova, Hüquq-mühafizə orqanlarının rəhbərləri Milli Qəhrəmanın abidəsi önünə gül - çiçəkləri qoymuşdurlar.
Sonra tədbiri açıq elan edilmiş və Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Milli Qəhrəman Fərhad Hümbətovun sinif rəhbəri Sayad Rəfiyev, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirmişlər. Çıxış edənlər həmçinin, Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını iştirakçıların diqqətinə çatdırmışlar. Sonra çıxış edən Milli Qəhrəmanın anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışmış, dövlətin onlara göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd etmişdir.
Daha sonra tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirmişdir. Natiq şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını bildirmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı da RİH-nin başçısı əminliklə vurğulamışdır.
Anım tədbiri Akademik Milli Dram Teatrının aktyorlarınn ifasında bədii kompozisiyanın təqdim edilməsi və məktəblilər tərəfindən Milli Qəhrəmanın abidəsi önünə güllərin düzülməsi ilə yekunlaşmışdır.
Belediyye.info