"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Milli Məclisdə səfirlə görüş keçirilib

--2019-06-04 / 15:44

Bu gün Milli Məclisdə Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov Milli Məclisdə Argentinanın Azərbaycandakı Səfiri Sergio Perez Gunella ilə görüşüblər.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb.

Goruşdə həmçinin iqtisadi əməkdaşlıq məsələləri də toxunulub.

Görüçdə çıxış edən Milli Məclisin üzvləri  qeyd ediblər ki, Azərbaycan-Argentina arasında 24 milyon dollarlıq bir ticarət dövriyyəsi var. Bu ticarətin genişlənməsi və inkişafı edilməsi uçun ölkəmizdə lazımi şərait yaradılıb və işlər görülüb. İqtisadi əməkdaşlıqdan savayı bu iki ölkə həmdə siyasi arenada hər zaman bir birini dəstəkləyir və uğurlarına sevinir.

Görüşdə səfir vurğulayıb ki, Argentinada böyük sayda erməni icmasi yaşayır və onlarında əksəriyyəti yüksək vəzifələrdə çalışır.Bu Azərbaycan həqiqətlərini və əsasən Dağlıq Qarabağ münaqişəsininin ədalətli həlli ilə bağlı çətinliklər yaradır. Lakin Argentina Azərbaycanı bir dost, bir partnyor ölkə kimi tanıyır və bu münqişənin həllini yalnız Azərbaycannın ərazi bütovlüyü çərçivəsində həllinə tərəfdardır.

Görüşdə hər iki ölkə arasında görüşlərin sayının artırılmasının vacibliyi vurğulanıb.

Belediyye.info

ŞƏRHLƏR