"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Milli dəyərlər haqqında nələri bilirik?”

--2022-11-30 / 21:10

Ali məktəblərdə tələbələr arasında Vətənpərvərlik, Milli dəyərlər və fəal vətəndaşlığı təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihənin icra planına uyğun maarifləndirici tədbirlər Bakı şəhərində 6 ali məktəbdə 200 nəfərə yaxın tələbənin iştirakını nəzərdə tuturdu.

Cari ilin noyabr ayında Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Avrasiya Universitetində keçirilən seminarlarda təşkilatçılar, proqram və layihə haqqında məlumatlar verildikdən sonra layihənin təlimçisi, gənclər işi və siyasəti üzrə ekspert, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərlinin xüsusi slaydlı təqdimatları ilə mövzu üzrə seminarlar keçirildi.

Təlimçi-ekspert tərəfindən tələbələrə Vətənpərvərlik, Hərbi vətənpərvərlik, Milli dəyərlər, onların gənclər arasında təbliğinə və eləcədə fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Sonra tələbələrə “Milli dəyərlər haqqında nələri bilirik?” adlı maarifləndirici vəsait olan kitabça paylanmış və onlar sosial və fərdi inkişaf istiqamətində gələcək fəaliyyətlərə dəvət olunmuşlar.

Seminar sessiyası daha 2 ali məktəbdə davam etdiriləcək və gələcəkdə bu maarifləndirici fəaliyyətlərin ölkənin müxtəlif bölgələrində yerləşən ali və orta-ixtisas məktəblərində təşkili də nəzərdə tutulur.

ADTGT İctimai Birliyi ictimai əlaqələr  və informasiya departamenti

ŞƏRHLƏR