"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Millət vəkili üçün özəl gün

--2019-11-10 / 09:26

Bu gün 100 saylı Şəmkir - Daşkəsən seçki dairəsi Mill Məclisə üzv seçilən Kamran Fərhad oğlu BAYRAMOV üçün özəl gündür.

Səmimiyyəti, sadəliyi,peşəkarlığı ilə seçilən gənc və perspektivli millət vəkili Kamran Bayramov 1979-cu il noyabrın 10-da Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

1999-2007-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsinin böyük inspektoru, Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin İnsan hüquqları şöbəsinin aparıcı mütəxəssisi, baş mütəxəssisi, İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, 2007-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi, baş məsləhətçisi, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina,Avstriya, Böyük Britaniya, Xorvatiya, Kuba, Qətər, Litva, Niderland parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. :

NATO-nun Parlament Assambleyasında və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətlərinin üzvü, Avropaittifaqı-Azərbaycan barlameni əməkdaşlığı komitəsi həmsədrinin müavinidir.

Evlidir, 3 övladı var.

P.S. Belediyye.info olaraq millət vəkilini təbrik edir, can sağlığı ilə bərabər bələdiyyə sisteminin inkişafında daha böyük uğurlara imza atmasını arzulayıq.

ŞƏRHLƏR