"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mikayıl Məmmədov Maştağa bələdiyyəsinin sədri seçilib

--2020-01-22 / 17:54

2019-cu ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə Bakı şəhəri Sabunçu rayonu Maştağa  bələdiyyəsinə seçilmiş 15 bələdiyyə üzvünün iştirakı ilə 15 yanvar 2020-ci ildə ilk iclası keçirilib.

İclasda təşkilat məsələsinə baxılıb.

Mikayıl Məmmədov Maştağa  bələdiyyəsinin sədri seçilib.

Qeyd edək ki,  22 yanvar 1956-cı ildə tarixdə anadan olan Mikayıl Məmmədov 2019-cu ildə ilk dəfə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü seçilib. Bundan əvvəl isə o Sabunçu  RKTİ-də sahə rəisi vəzifəsində çalışıb.

Belediyye.info

ŞƏRHLƏR