"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mikayıl Cabbarova açıq məktub: suallar niyə cavablandırılmır?

--2022-08-08 / 10:52

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri, Belediyye.info resursunun təsiçisi və direktoru Vüqar Tofiqli İqtisadiyyat naziri  Mikayıl Cabbarova müraciət edib. Muraciətdə deyilir:

Azərbaycan Respubklikasının

İqtisadiyyat naziri

cənab Mikayıl Cabbarova

Hörmətli Mikayıl müəllim!

Uzun illər bələdiyyə sahəsində apardığımız müşahidə və araşdırmalardan belə qənaətə gələ bilərik ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis edilən bələdiyyələrin qarşılaşdığı əsas problemlər Sizin rəhbərlik etdiyiniz struktura aid olan Əmlak məsələləri Dövlət Xidmətiylə bağlıdır. İstər vətəndaşlar, istəsə də bələdiyyələr tərəfindən edilən müraciətlərin min bir bəhanə gətirilərək aylarla ləngidilməsi, bir çox hallarda vətəndaşı narazı salan cavabların verilməsi, habelə bu günədək bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməməsi istənilən halda hər kəsi, həm Sizin rəhbərlik etdiyiniz strukturdan, həm də dövlətdən narazı salır. Bu gün ölkə bələdiyyələri tərəfindən edilən müraciətlərə Əmlak məsələləri Dövlət xidmətinin əməkdaşları tərəfindən etinasız yanaşılması və müraciətlərin vaxtında cavablandırılmaması təəssüf hissi doğurmaqla Sizin ətrafınızda formalaşan müsbət dəyərləri də kölgə altına alır. Bizim bu müraciətimiz həmdə Sizin tərəfindən mövcud vəziyyətə aydınlıq gətirilməsi məqsədi daşıyır. Deməliyik ki, bu müraciətimdə qaldırdığım məsələlər tək bizi deyil, ümumilkdə bütün bələdiyyə sistemini narahat edir.

Etiraf edim ki, bu məktubu yazmaq niyyətində deyildim. Ancaq sonuncu məktubuma cavabın ləngiməsiylə bağlı   məktubumun nazirlikdə kimin üstünə yazıldığını öyrənib, çətinliklə əlaqə yaratdığım əməkdaşla etdiyim söhbətə yenidən qulaq asandan sonra müraciət etməyə qərar verdim.

Belə ki, sizin əməkdaşla iyirmi dəqiqəyə yaxın danışığımın ilk beş dəqiqəsi çox gərgin keçməsiylə yadda qaldı. Müraciətlərim qurum əməkdaşını çox narahat etdiyini hiss etdim. Hiss etdim ki, həmsöhbətimi iki əsas məsələ çox narahat edibmiş - özünün ifadə etdiyi kimi mənim “saysız-hesabsız müraciətlərim” və birdə mən “bələdiyyələrin, xüsusən Nərimanov bələdiyyəsinin vəkili kimi niyə çıxış etməliyəm” məsələsi.

İzah verdim. Başa saldım. Amma yenə təkrar edirəm.

Cari ilin ilk altı ay ərzində mənim İqtisadiyyat Nazirliyinə və nazirliyin struktur xidmətlərinə iki müraciətim olub. Digər iki müraciətim isə əvvəlki müracitələrimə lazımı səviyyədə cavab verilmədyinə görə göndərilib. 18 yanvarda yazılan müraciətə 4 martda verilən cavab qəne etmədiyindən 14 mart tarixində yenidən etdiyim müraciətə isə operativ şəkildə, yəni 05 aprel tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavablandırılıb. Və bu tarixdə edilən müraciət bütovlükdə onlarca bələdiyyə üzvünü və qulluqçusunu narahat edən məsələ Nərimanov bələdiyyəsinin yerləşdiyi binaya söküntüdən sonra hansı forma və məzmunda çıxarışın verilməsiylə bağlı olub. Hər halda mənim üçün yenədə qeyri-müəyyən olsa da, amma cavab “qanuna söykəndiyindən” məqbul hesab etmək olar. Bizim qənaətimizcə bina söküləndən sonra ona çıxarışın hansı forma və məzmunda verilməsi mənə bəllidir və yəqin ki cavab yazanlara da aydın olsa da, o cavabı rəsmi şəkildə yazmaqdan vaz keçiblər. Olsun... Beləliklə, ikinci məktubu  04 mart 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə ünvanladım. Bu məktuba tam və ətraflı cavab ala bilmədiyimlə əlaqədar 23 may tarixində yenidən, ancaq bu dəfə Sizin ünvanınıza yazdığım məktuba bu günədək cavab ala biməmişəm. Hər halda Təbriz küçəsi 10 ünvanında Nərimanov bələdiyyəsini də narahat edən inzibati binanın söküntüsündən sonra çıxarışın verilməsi məsələsinə gəlincə isə biz sizin əməkdaşınıza söləydiyimiz kimi bələdiyyənin həm müvvəkili, həm də müdafiəçisiyik və bir daha təkrar edirəm, buna bizim həm də mənəvi haqqımız çatır. Xidmət əməkdaşları tərəfindən bu çıxarışın necə verilməsi məsələsinə gəlincə isə sənədin qanunuyğunluğunu yəqin ki hüquq-mühafizə orqanları aydınlq gətirəcəkdir.

Göründüyü kimi, müraciətimə göndərilən cavablar qane etmədyindən yenidən müraciət etməyimin də səbəbkarı məhz Sizin rəhbərlik etdiyiniz qurumun əməkdaşlarıdır.

Beləliklə, 04 mart 2022-ci il tarixdə sorğu məktubunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə ünvanlamışdıq. Xidmət rəisinə ünvanladığımı məktubda yeddi suallın cavablandırılmasını xahiş etmişdik.

Bu sualları yenidən xatırladıram:

1. Əmlak məsələləri Dövlət Xidmətinin üç strukturu Prezident Fərmanıyla birləşdirilib. Yəni Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyun 2021 tarixli imzaladığı Fərman ilə Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri yaradılmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilib. Nəzərə alaq ki, bu qurumların pərakəndə fəaliyyəti vətəndaş məmnunluğunun təmin edilməsinə ciddi problem yaratmaqda idi. Bu gün bu qurumların birləşdirilmə prosesi hansı vəziyyətdədir?

2. Hazırda Dövlət Xidməti ilə bələdiyyələr arasında qarşılıqlı əlaqə və münasibətlərin real vəziyyəti haqqında nə demək olar?

3. Bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın verilməsi prosesi nə vaxt başa çatdırılacaq?

4. Prezident Fərmanıyla üç ay ərzində başa çatdırılmalı olan xəritələrini verilməsində 20 illik ləngimələr hansı səbəbdən baş verib? Ümumiyyətlə, bələdiyyələrə xəritələrin verilməsi nə vaxt başa çatdırılacaq?  

4. Keçmiş “kadastr” və “reyestr” xidmətlərindəki mövcud xəritələrin uzlaşdırılması aparılıbmı? Nəzərə alaq ki, hər iki qurumdakı xəritələrdə çoxsaylı uyğunsuzluq və problemlər mövcud olub.  

5. Dövlət xidməti bələdiyyə sisteminin inkişafı üçün hansı töhvələr verib?

6. İyirmi il ərzində dövlət mülkiyyətində məskunlaşan bələdiyyələrin inzibati binalarının bələdiyyə mülkiyyətə verilməsi üçün xidmət tərəfindən hansı təkliflər hazırlanıb? Ümumiyyətlə xidmətdə belə bir fikir varmı?

7. Azərbaycan vətəndaşı olaraq Siz səs verdiyiniz bələdiyyənin fəaliyyətindən razısınızmı?

Son olaraq əlavə edim ki, iyirmi ilə yaxındır ki, bələdiyyə sahəsiylə məşğul oluram. Həm 2009-cu ildən sədri olduğum “Bələdiyyələrin fəaliyətinin təbliği” İctimai birliyi, həm də 2015-ci idlən təsis etdiyim Belediyye.info internet resursu vasitəsiylə ölkəmizdə bələdiyyələrin fəaliyyətiylə bağlı məlumatları paylaşır, habelə bələdiyyələrin qarşılaşdığı problem və çətinliklərin aradan qaldırılmasında öz töhvəmizi verməyə çalışırıq. Bu günədək ictmai birlik olaraq dövlət tərəfindən maliyyələşən ona yaxın layihənin icra etmişik. Hazırda 1000 yaxın bələdiyyə ilə əməkdaşlıq əlaqələri qurmaqla bərabər müvafiq mərkəzi icra orqanlarıyla da sıx əlaqədə çalışırıq. Və bir çox problemli məsələlərdə müvafiq orqanlara rəsmi müraciət etməklə mövcud problemlərə aydınlıq gətirməyə çalışrıq. Bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirlyi ilə, Ədliyyə Nazirliyi ilə, Dövlət Turizm Agentliy ilə, Dövlət Reklam Agentliyi ilə, Dövlət Vergi Xidmətiylə və bir çox rayon icra hakimiyyətləriylə, habelə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə tərəfimizdən əməkdaşlıq əlaqələri qurulub. Müntəzəm olaraq bu orqanlara etdiyimiz rəsmi müraciətimiz qanunla müəyyən edilmiş formada cavablandırılır.

Hörmətli Mikayıl müəllim!

Xahiş edirəm bu sualların tam, məzmunlu və qanunamüvafiq formada cavablandırılması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz.

Siz dərin hörmətlə,

Direktor                                                                     Vüqar Tofiqli (Cəfərov)

ŞƏRHLƏR