"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məzrəli bələdiyyəsinin sədri: “Büdcə gəlirimizin artımı əsasən Bələdiyyələrlə İş Mərkəzinin ciddi cəhdlə metodik kömək göstərməsi ilə bağlı olub”

--2020-06-24 / 04:21

“İmişli rayonu Məzrəli bələdiyyəsi seçicilərinin qarşılaşdığı problemlərin, o cümlədən bələdiyyəyə edilən hər bir müraciətin həlli üçün büdcə gəlirlərinin artırılması istiqamətində ciddi və sistemli iş aparır. 2018-ci ildə büdcə gəlirləri 35.759 manat olduğu halda ötən il büdcə gəlirlərini daha 50 min manat artıra bilmişik”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Babək Kazımov bildirib.

Sədrin sözlərinə görə, hazırda üç kəndi - Məzrəli, Çaxırlı və Xubyarlı kəndini özündə birləşdirən Məzrəli bələdiyyəsinin 11 üzvü var. İlk gündən etibarən əsas məqsədimiz büdcə gəlirlərimizi artırmaq üçün ciddi addımlar atmaq olub. Bunun üçün “Məzrəli-Aqro” MMC təsis edərək rəsmi dövləti qeydiyyatına alınıb. Müəssisəni yaratmaqda əsas məqsəd bələdiyyə ərazisində kənd təsərrüfatı məhsullarının, pambıq, taxıl və qarğıdalı istehsalının və tədarükünü həyata keçirməkdir. Bunun üşün artıq hazırlıq işlərini başa çatdırmaq üzrəyik. Düşünürük ki, növbəti ildə MMC-dən də maliyyə vəsaiti əldə biləcəyik. Bununla yanaşı Maliyyə nazirliyinə heyvandarlıq kompleksinin yaradılması ilə bağlı layhə təqdim   etmişik. Düşünürük ki, alınsa bələdiyyə həmin layihənin icrasıyla bağlı əlavə iş yerlərinin açılmasına yardımçı olacaqdır.

İl ərzində kifayət qədər əlavə maliyyə vəsaitini əldə edə bilməyiniz nə ilə əlaqədardır, - sualına həmsöhbətim bununla bağlı bir tərəfdən bələdiyyənin bu addıma ciddi marağının olması idisə, digər tərəfdən əsasən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin ciddi cəhdlə müraciətlərimizə diqqətlə yanaşaraq metodik kömək göstərməsi ilə bağlı olub. Qeyd edim ki, maliyyə vəsaiti əsasən mədən vergisinin artımıyla bağlıdır. Bununla bağlı müraciət etdiymiz Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkzəinin tövsiyəsiylə rəsmi şəkildə həm müsəsisə rəhbərlərinə, sonra isə bələdiyyə iclasının qərarını icra və probasiya şöbəsinə ünvanladıq. Bununla da məsələ öz həllini tapmış oldu. Yəni yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisini artımı başladı. Bu gün 38 min manata borcu olan “Elvin MMC” müəssisəsini borcunun ödənməsiylə bağlı artıq məhkəmə instansiyasına müraciət etmişik, yəqin ki yaxın günlərdə borcun bağlanmasıyla bağlı yekun qərarlar qəbul olacaqdır.

Bizimlə söhbətində sədr daha sonra bildirdi ki, əldə etdiyimiz maliyyə vəsaitini hədər yerə xərcləməmişik. Yalnız seşicilərimizn maddi rifah halının yaxşılaşdırılmasına yönəldilib. Belə ki, koronovirusla mübarizədə yaranmış çətinliyin aradan qaldırılmasıyla bağlı 50 nəfər aztəmiantlı ailəyə maddi yardımlar göstərilmiş, 22 şəhid ailəsi, birinci Qarabağ müharibəsinin iştiakçıları olmuş insanlara və digər bu qrupa aid edilən insanlara maddi və mənəvi dəstək göstərilmişdir.

Bununla yanaşı Məzrəli kəndində 1150 metr, Xubyarlı kəndində isə 1132 metr kəndarası yollara asfalt salınmışdır. Onu da əlavə edim Çaxırlı kəndində kəndarası yollar bələdiyyənin fəaliyyəti nəticəsində hələ 2007-2008-ci illərdə salınmış, kənddə tibb məntəqəsi istifadə verlmişdir.

Sədr sonda onu da bildirib ki, fəaliyyətimizin əsas məqsədi bundan sonra da seçicilərimizi narahat edən məsələlərin həllinə yönlədiləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR