"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mətləb Əliyev: “İyirmi illik yubiley ərəfəsində belə bir günün təsis edilməsi bələdiyyələrin fəaliyyətinə stimul vermiş olacaqdır” -MİLLƏT VƏKİLİNİN TƏKLİFİ DƏSTƏKLƏNİR

--2019-03-07 / 05:59
Bu günlərdə Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov ölkəmizdə bələdiyyə gününün təsis edilməsiylə bağlı maraqlı təkliflə çıxış edib. Məsələyə münasibət bildirmək üçün bələdiyyə üzvlərinə müraciət etdik.
 
Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyevdə qısa və lakonik şəkildə münasibət bildirib. Belediyye.infonun sorğusuna cavab olaraq sədr bildirib ki, bələdiyyə sisteminin inkişafıyla bağlı hər zaman öz sözünü deyən millət vəkili Kamran Bayramovun bu təklifi düşünürəm ki, hər bir bələdiyyə üzvünün və qulluqçuların ürəyincə olacaqdır.
 
Bu günün təsis edilərkən həm bələdiyyə üzvlərin, həmdə qulluqçulara şamil edilməlidir. Belə ki, elə bələdiyyə üzvü var ki, həqiqətən iyirmi ildir bələdiyyənin inkişafına ürəyini qoyub. Belə bir günün təsis edilməsi sözsüz ki bu şəxslərin də ürəyincə olacaqdır. Əlavə edim ki, bütün peşə sahiblərinin bayram günləri var.
 
İyirmi illik ərəfəsində belə bir günün təsis edilməsi bələdiyyələrin fəaliyyətinə və inkişafına həm də bir stimul verəcəkdir.” 
Belediyye.info
 
 
ŞƏRHLƏR