"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mətləb Əliyev: “Bu günədək mülkiyyətmizə torpaq və əmlak verilsəydi büdcə gəlirlərimiz bir xeyli artırmış olardıq”

--2022-06-22 / 19:26

“Buzovna bələdiyyəsinin fəaliyyəti sədr olaraq məni qane etsə də, görüləsi işlərimiz çoxdur. Biz bələdiyyə olaraq bir tərəfdən sakinlərin müraciətlərini diqqətdə saxlamaqla onların həllinə nail olmalı, digər tərəfdən qarşılaşdığımız problemləri ictimailəşdirməklə maliyyə vəsaitlərimizin həcminin artırmağa çalışırıq”-bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə-icra münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir və yerli əhəmiyyətli bəzi məsələlərin həllində yerli icra orqanları ilə birgə addımlar atırıq.

Biz qulluqçuların sosial məişət qayğılarını bələdiyyə büdcəsinin imkanı daxilində həll edirik. Bu gün bələdiyyəmiz az saylı kollektivlə qəsəbədə çoxsaylı layihələrin icrasını həyata keçirməklə yanaşı, həmdə vergiləri toplamaqla büdcə gəlirlərimizi artırırıq. Bu gün bizim əsas büdcə gəlirlərimiz əmlak və torpaq vergisindən formalaşır. Ancaq etiraf edək ki, bugünədək mülkiyyətmizə torpaq və əmlak verilsəydi büdcə gəlirlərimiz bir xeyli artırmış olardıq. Bu işdə müvafiq orqanlar öz sözünü deməlidir.

“Bələdiyyə büdcəsində əmlak və torpaq vergisinin həcmini artırmaq üçün bələdiyyə hansı addımları atır”-sualına sədr bildirib ki, vergi bazasının genişləndirilməsi, vətəndaşlar arasında bu sahədə maarifləndirlmə işlərinin aparılması və vergilərə görə borcu yaranmış vətəndaşlar barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçrilməsini inamla həyata keçiririk. Açıq etiraf edim ki, sakinlərimizdə üzərilərinə düşən məsuliyyət yükünü başa düşərək bələdiyyənin fəaliyyətinə dəstək verməklə verglərini vaxtında ödəməlidirlər.

 Belediyye.info

ŞƏRHLƏR