"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mətləb Əliyev: “Bu gün Buzovna bələdiyyəsinin əsas məqsədi … ”

--2018-10-18 / 12:55

“Bu gün Buzovna bələdiyyəsinin əsas məqsədi bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb edilməsidir. Sakinlərimiz məhz bələdiyyənin bu addımına vergilərini vaxtında ödəməklə yardımçı olmalıdırlar. “Yerli Demokratiya Həftəsi”ndə keçirdiyimiz görüşlərdə məhz bu məsələni sakinlərin diqqətinə çatıdırırıq”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, “Yerli Demokratiya Həftəsi” çərçivəsində keçirdiyimiz görüşlərdə sakinlərə əmlaklarını qeydiyyata alınmasının üstünlükləri izah edilir. “Demokratiya Həftəsi” ərzində məhz bu məsələ ilə bağlı hüquqi yardıma ehtiyacı olanlara da xidmət göstərilir. Bu hüquqi yardımın bələdiyyə tərəfindən sakinlərə bundan sonrada göstərilməsi bələdiyyə iclasında qərara alınmışdır.

Sədr bir məqamı da xüsusi olaraq vurğulayıb ki, hazırda qəsəbə ərazisində olan 7000 artıq təsərrüfatın yalnız 15 faizədək hissəsinin rəsmi dövlət qeyddiyatı vardır. Çıxarışları olmadığı üçün biz torpaq vergisini ala bilsəkdə, əmlak vergisini hesablaya bilmiirk. Halbuki bələdiyyə vergi xidməti orqanının apardığı hesablamalara görə, bu istiqamətdə bələdiyyə hər il kifayət qədər maliyyə vəsaiti itirir.

Sədr onu da bildirib ki, mənzillərə hüquqi statusun alınması ilk növbədə vətəndaşların özləri üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, çıxarışı olmadığı üçün mənzil rəsmi şəkildə bağışlana bilmir, alqı- satqı əməliyatı aparıla bilmir və girov qoyula blmir.

Görüşlərdə bələdiyyəmizin əməkdaşları sakinlərə bu maqamın izahına diqqət yetirirlər.

Belediyye.info

ŞƏRHLƏR