"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərkəz əməkdaşları Yasamal bələdiyyəsində nədən danışıblar?

--2022-05-17 / 05:12

Yasamal bələdiyyəsindən daxil olan məlumata görə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi növbəti seminarı Yasamal bələdiyyəsində təşkil edib. Qeyd edək ki, mərkəzin əməkdaşları İsrafil Mustafayev və Səfa Cəfərovun iştirak etdiyi seminarda Yasamal bələdiyyəsinin üzvləri və bələdiyyə qulluqçuları iştirak edib.

Seminarda bələdiyyələri narahat edən bir çox məsələlər ətrafında ciddi fikir mübadiləsi aparılıb. Torpaq və əmlak vergisi üzrə qeydiyyatın dəqiqləşdirilməsi, prosesin qısa müddətdə başa çatdırlılması, habelə vergilərin qanunvericiliyin tələblərinə uyğun hesablanılması, həmçinin vergilər üzrə ödənilməmiş borcların yığılaraq yerli büdcəyə mədaxil olunması üçün ciddi tədbirlərin görülməsi, ərazidə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmə sayı barədə hesabatların bələdiyyəyə təqdim oluması və həmin hesabatlar üzrə yerli büdcəyə ödəmələr barədə ərazidə fəaliyyət göstərən müəssisələrə məktubla müraciət edilməsi, təmin olunmadığı halda müvafiq öhdəliyin həmin müəssisələrin rəhbərlərinin üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırılması, xüsusən də vəsait ayrılarkən büdcənin xərc istiqmətlərinə istinad edilməsi, yerli büdcənin yarımillik və illik icrası barədə maliyyə hesabatların dəqiq, əhatəli hazırlanması və yerli sakinlərin həmin hesabatlarla tanış olması üçün mümkün olan bütün tədbirlərin görülməsi müzakirə edilib.

Seminarda həmçinin bələdiyyələrin idarəetmə xərclərin maksimum azaldılması icra aparatının səmərəli qurulması yerli büdcə vəsaitlərindən daha çox yerli əhəmiyyətli məsələlərin həllində müxtəlif sosial layihələrn maliyyələşdirilməsinə nail olunması və bələdiyyələrdə sənədləşmə işinin, kargüzarlığın və sənədlərin arxivləşdirilməsinin qanunvericiliyn tələblərinə uyğun təşkili bu zaman yerində metodik köməkliyn göstərilməsi məsələlərinə də toxnulub.

Seminarda iştirak edən Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov Bələdiyyələrlə iş Mərkəzinin bu təşəbbüsünü təqdirəlayiq etmiş, bələdiyyələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilıməsində belə seminarların mühüm əhəmiyyəti olduğunu qeyd edib.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Belediyye.infonun əldə etdiyi məlumata görə Bələdiyyələrlə iş Mərkəzi bu günədək Bakının 30–a yaxın bələdiyyəsində bu mövzuda seminar keçirib.

Belediyye.info

ŞƏRHLƏR