"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan sakinlərinə hesabat verildi

--2019-01-22 / 17:51

Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və  Mərdəkan Qəsəbə Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Xəzər RİH yayıb.

Hesabat yığıncağında  Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Salahov, RIH başçısının müavinləri, Arif Balayev, Lalə Əhmədova, RİH Başçısı Aparatının şöbə müdirləri, rayon üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Yığıncağı  giriş  sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini E.Salahov rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapması barədə toplantı iştirakçılarına geniş məlumat verdi.                           
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Müqbilov və Mərdəkan Bələdiyyəsinin sədr müavini Sabir Dadaşov 2018-ci il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış ediblər. 
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara yerindəcə müvafiq tapşırıqlar verildi.

Belediyye.info

ŞƏRHLƏR