"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinin 2020-ci ilin birinci yarım ili üçün Hesabatı

--2020-07-09 / 13:36

Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da, o cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.

Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Artıq 5-ci dəfə keçirilmiş bələdiyyə seçkilərindən altı ay ötmüşdür. Ötən müddət ərzində Mərdəkan bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmişdir.

2020-ci ilin əvvələrindən başlayaraq pandemiyaya çevrilmiş və təhlükəli xarakter almış “COVİD 19” virusu ilə mübarizə tədbirləri bütün dünyanı əhatə etmişdir.

Ölkə Prezidentinin rəhbərliyi ilə vaxtında “COVİD 19” virusunun daha geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, itkilərin minimuma endirilməsi məqsədilə, profilaktik tədbirlər bu gün də davam etməkdədir.

Virusla mübarizə çərçivəsində Heydər Əliyev Fondu da Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu çətin günlərdə xalqın yanında olaraq, minlərlə insana maddi və mənəvi dəktək olur.

Bu dövrdə biz də həm işləyirik, həm də sosial məsafənin qorunmasını təmin edirik, qoruyucu maskalardan istifadə edirik. Ən əsas vəzifəmiz isə, bu dövrdə sakinlərimizin yanında olub, “COVİD 19” ilə əlaqədar, təbliğat işlərinin aparılması olmuşdur.

Qeyd edək ki, bu ilin fevral ayında qəsəbə ağsaqqallarının xahişləri nəzərə alınaraq, Xəzər rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi altında qəsəbədə yerləşən 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış “Əbədi Məşəl” kompleksin yerləşdiyi parkda abadlıq, quruculuq, təmizlik, yenidənqurma işləri aparılmışdır. Üç ay ərzində parkın ərazisi abadlaşdırılmış, postament yenidən qurulmuş, hər tərəf yaşıllığa qərq olmuş, dekorativ kollar əkilmişdir.

May ayının 9-da park sakinlərin istifadəsinə verilmişdir, onların rahatlığı, istirahətləri təmin edilmişdir.

Yarım il ərzində Mərdəkan bələdiyyəsinin 8 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. İş Mərkəzi tərəfindən isə, bələdiyyələrə metodiki və pandemiya ilə əlaqədar bir sıra tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.

Ötən dövr ərzində bələdiyyəyə vətəndaşlardan müxtəlif məsələlərə dair 31 ərizə, təşkilatlardan isə, 72 məktub daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 105 vətəndaş sosial məsafə qorunmaqla qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.

Bələdiyyə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən büdcənin gəlirləri 2020-ci ilin 6 ayı ərzində 64011 manat təşkil etmişdir.

O cümlədən:

-           fiziki şəxslərdən torpaq vergisi – 16358 manat;

-           fiziki şəxslərdən əmlak vergisi – 44734 manat;

-           torpaq icarə haqqı – 2350 manat;

-           kurort və mehmanxana rüsumu – 569 manat;

2020-ci ilin 6 ayı ərzində xərclər isə - 61937 manat təşkil etmişdir.

O cümlədən:

-           bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 31982 manat;

-           bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar 5884 manat;

-           kommunal xidmətinin ödənilməsinə - 2481 manat;

-           maddi yardımlara – 7139 manat;

-           abadlıq təmizlik işlərinə- 10500 manat;

-           rabitə xərclərinə – 1240 manat;

-           Milli Assosiasiyaya ödənişlərə – 900 manat;

-           Audit xidmətinə - 1000 manat;

-           bank xidməti haqqına – 267 manat;

-           poçt xidmət haqqına – 159 manat;

-           digər xərclərə - 385 manat

“20 Yanvar” faciəsinin 30-cu ildönümü ilə əlaqədar 4 nəfər faciə əlilinə, Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar isə, 2 nəfər şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir. Həmçinin “Xocalı faciəsi” ilə əlaqədar 183 nömrəli tam orta məktəbin şagirdləri arasında “Xocalı faciəsi” nə həsr olunmuş rəsm müsabiqəsi keçirilmiş və qaliblər “Diplom”la mükafatlandırılmışlar.

Alman – Faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar, 3 nəfər arxa cəbhə iştirakçılarına evində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.

“Koronavirus” pandemiyası ilə əlaqədar qəsəbədə yaşayan 72 nəfər gözdən əlil, imkansız, tənha, ahıl insanlara evlərində ərzaq sovqatı verilmişdir.

Aztəminatlı, imkansız ailələrə, tənha insanlara maddi yardımlar olunmuş və bu kateqoriyadan olan insanların yaxınlarının vəfatı ilə əlaqədar başdaşı qoyulmasına   köməklik göstərilmişdir.

“Koronavirus” pandemiyası ilə əlaqədar, “Evdə qal” kampaniyası çərçivəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə, əhali arasında təbliğat işləri aparılmışdır. Əhaliyə zəruri ehtiyacları olmadığı halda, küçəyə çıxmamaları tapşırılmaqla onlara xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında maarifləndirici məlumatlar verilmişdir.

Vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ciddi riayət etmələri və özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək şərtlərinə ciddi əməl etmək tələb olunmuşdur.

Koronavirus, bu virusun törətdiyi təhlükəli “COVID-19” xəstəliyinin simptom və əlamətlərinə dair məlumat və bu yoluxucu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu vərəqələr marketlərin,ticarət obyektlərinin girişlərinə vurulmuşdur.

Qəsəbə üzrə inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsləri, məişət tullantıları üçün konteynerlər, zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya işlərində köməkliyimizi əsigəməmişik.

Eyni zamanda qəsəbənin bir çox küçələrində gücləndirilmiş dezinfeksiya işləri zamanı dezinfeksiyaedici kimyəvi maddələrdən istifadə olunmuşdur.

Karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların “Evda qal” qadağası nəzərə alınaraq, qəsəbədə yaşayan tənha və kimsəsiz insanların, aztəminatlı ailələrin evlərinə mütəmadi olaraq baş çəkilmiş, onlara zəruri ərzaq yardımları, gigiyenik və dezinfeksiya vasitələri alınaraq köməklik göstərilmişdir.

Möhtərəm Prezidentimizin sözləri ilə desək, əlbəttə ki, “Biz Birlikdə Güclüyük!”

Hər birimiz, hər bir vətəndaşımız koronavirusla mübarizədə şəxsi nümunə göstərərsə, tələb və qaydalara əməl edərlərsə, bu təhlükəsi bəladan tezliklə xilas ola bilərik.

Biz, bələdiyyə olaraq, hər bir sakinimizin yanında olmaqla, koronavirus pandemiyasının tamamilə aradan qaldırılacağı günü ümidlə gözləyirik.

Sonda cənab Prezidentimiz İlham Əliyevin sözlərni bir daha özümüz üçün, hamı üçün bir daha çatdırırıq.”Bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırırıq”

Biz birlik nümayiş etdirməliyik və bundan sonra da nümayiş etdirməliyik. Təsadüfü deyildir ki, pandemiya dövründə hamı üçün “Biz Birlikdə Güclüyük!” birləşdirici şüar olmuşdur.

Uca Tanrı ölkəmizi qorusun!

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR