"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsinə işçi tələb olunur -ELAN

--2017-05-23 / 07:00

Mərdəkan bələdiyyəsi işçi tələb olunur -ELAN

 Xəzər rayonu Mərdəkan bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifələrə 16.05.2017-ci il tarixdə  müsabiqə elan edir. O cümlədən:

 -        Fəhlə – 1  yer ( fəhlə üçün əmək haqqı 350 manat)

-        Sürücü – 1 yer (məişət tullantıları daşımaq məqsədi ilə yük ZİL avtomaşını  olan sürücü üçün əmək haqqı razılaşma yolu ilə)

     Namizədin müsabiqəyə buraxılması qaydası:

           Müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.

          Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

    Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:

-          vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

-          kadrlar uçotunun şəxsi vərəqəsi;

-          tərcümeyi hal;

-          təhsil haqqında sənədin surəti;  

-          şəxsiyyət vəsiqəsinin surəti;

-          əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

-          sağlamlıq barədə arayış;

-          hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

-          3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

          Müsabiqədə iştirak etmək arzusunda olanlar Mərdəkan bələdiyyəsinin Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi 70 ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.

Sənədlər müsabiqə komissiyası  tərəfindən qəbul edilir.

Əlaqə telefonları:  012-454-59-83

Mərdəkan bələdiyyəsi

Müsabiqə  komissiyası. 

 

ŞƏRHLƏR