"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsindən humanist bir layihə- ŞƏHİD ADINI DAŞIYAN KÜÇƏLƏRƏ XATİRƏ LÖVHƏSİ VURULUB

--2018-11-08 / 17:36

“Şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”

                                                  Ümummilli Lider, Ulu Öndər – Heydər Əliyev

 ***

Xalqımızın müstəqillik tarixi məhz şəhidlərimizin adı ilə bağlıdır. Xalqımız öz doğma yurdunu, doğma torpağını illər boyu qorumuş,lazım gəldikdə isə, canlarını qurban vermişlər. Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğullarımız çoxdur. Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ-bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həm də bizim gələcəyə olan ümidimizdir.Qarabağ savaşında yüzlərlə övladlarımız şəhid oldu. Onlar xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Bu savaş göstərdi ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir.

Qəsəbə sakinləri ilə keçirdiyimiz görüş zamanı, şəhidlərimiz olan Cəfərov Rafail Baba oğlu, İsgəndərov Şahin Əliqulu oğlu, Hacıyev Adil Omariş oğlunun valideynləri və ağsaqqallar bələdiyyə rəhbərliyindən şəhid övladlarının adını daşıyan küçələrə xatirə lövhələrinin vurulmasını xahiş etmişdilər.

Qəsəbənin R.Cəfərov, Ş.İsgəndərov küçələrində abadlıq, yenidənqurma işləri aparılmış və iki şəhidimizin xatirə lövhələri hazırlananaraq, onların yaşadıqları küçənin başlanğıcına vurulmuşdur.

Mərdəkan qəsəbəsində bu şəhidlərdən başqa bir neçə şəhidimiz də uyuyur. Biz onların qəhrəmanlıqları ilə fəxr edirik. Onlar da Vətən uğrunda, Qarabağ uğrunda döyüşlərdə canlarından-qanlarından keçərək həlak olmuşlar.

Şəhid Hacıyev Adil Omariş oğlu isə, vaxtılə qəsəbədəki çoxmənzilli binada yaşamış və həmin binada isə hal-hazırda təmir işləri aparılır. Küçədə yenidənqurma və təmizlik işləri aparıldıqdan sonra, onun üçün də artıq hazırlanmış xatirə lövhəsinin küçənin başlanğıcına vurulması nəzərdə tutulmuşdur.

Bizim mənəvi və insani borcumuzdur ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd mübarizlərin həm küçələrin onların adını daşıması, həm də xatirə lövhələrinin olması gənc nəslin yaddaşında şəhid adının qalması, eyni zamanda onların da şəhid övladlarımız kimi vətənpərvər böyümələrinə, hər an işğal altında olan torpaqlarımızın azad olmasına hazır olmaları üçün bir stimuldur.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR