"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsində “Yerli Demokratiya Həftə” si keçirilmişdir

--2018-10-22 / 10:21

Məlumat üçün bildiririk ki, 2018-ci ilin oktyabrın 15-dən 21-dək “Azərbaycanda Yerli Demokratiya Həftə” si keçirilmişdir. Həftə ilə əlaqədar Mərdəkan bələdiyyəsi tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Tədbirlərdə məqsəd bələdiyyə ilə əhalinin əlaqələrini möhkəmləndirmək, yerlərdəki problemlərin həllində insanların birgə fəaliyyətini təmin etmək, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılmasından ibarətdir.Həftə ilə əlaqədar bələdiyyənin Daimi Komissiyaları görüşlərin qrafikini tərtib etmişdir.

    Həftə ərzində bələdiyyə aşağıdakı tədbirləri həyata keçirmişdir.

-  Bələdiyyə əhalisi üçün “Açıq qapı” günləri təşkil olunmuş;

-         Vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədilə, “Qaynar telefon xətti” yaradılmışdır. “Qaynar xətt” vasitəsilə vətəndaşlar tərəfindən irəli sürülmüş təklif və iradlar qeydə alınmışdır.

-     Vətəndaşların bələdiyyə ilə operativ əlaqələrinin təmin edilməsi məqsədilə, bələdiyyənin inzibati binasında “Bələdiyyə Poçtu” qutusu quraşdırılmışdır.

Bələdiyyənin inzibati ərazisində aşağıdakı şüarlardan istifadə edilmişdir.

-   “Yerli Demokratiyanı inkişaf etdirək!”

-  “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”

-   “Yerli vergiləri vaxtında ödəyək, problemləri həll edək!”

Bələdiyyənin akt zalında vergi işçiləri, bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və sakinlər ilə birlikdə “Yerli vergiləri vaxtında ödəyək, problemləri həll edək” mövzusunda dəyirmi masa keçirilmişdir. Vergi və ödənişlərlə bağlı sakinləri maraqlandıran sualları baş vergi müfəttişi Möhübbət Muradov və digər vergi işləri cavablandırmışlar. Sonda tədbir iştirakçılarına “Bələdiyyə vergiləri” adlı maarifləndirici bukletlər paylanmışdır.

“Yerli Demokratiya Həftəsi” ərzində bələdiyyə tərəfindən gənclərin həftə tədbirlərində fəal iştirakına da xüsusi diqqət yetirilmişdir.Bu məqsədlə bələdiyyənin akt zalında qəsəbə gəncləri ilə yerli özünüidarəetmədə iştirak edə bilmə imkanlarının artırılması mövzusunda görüş keçirilmişdir.

Qeyd olunmuşdur ki, bu gün yerli özünüidarəetmə orqanları gələcəyin gənc siyasətçilərin yetişdirilməsi baxımından mühüm bir arenadır.Çünki, bu qurumlar ilk təşkilatlanmadan başlayaraq, yerlərdə bilavasitə əhali ilə daim ünsiyyətdə olduqlarından, burada çalışan gənclər vətəndaşlarla işləmə prinsiplərinə və xüsusiyyətlərinə daha yaxından bələd olur,idarəetmənin ilk pillələrini keçirlər. Sonda gənclərə bələdiyyə tərəfindən hazırlanmış “Yerli Demokratiya Həftə”si adlı maarifləndirici bukletlər paylanmışdır.

Digər tədbir Mərdəkan Mərkəzi Kitabxananın qiraət zalında qəsəbədəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında “Kitab-bilik xəzinəsidir” mövzusunda olmuşdur.

Görüşdə kitabın mənəviyyatımızı necə zəngiləşdirildiyi haqqında məktəblilərə geniş məlumatlar verilmiş və onların fikirləri dinlənilmişdir. Mərkəzin direktoru tərəfindən kitabxanaya daxil olan yeni kitabların adları açıqlanmış, bu kitabların insan həyatında böyük rolunun olması və onların oxunması tövsiyə olunmuşdur.

Sonuncu tədbir qəsəbədəki 183 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında “Sağlam həyat tərzi” mövzusunda keçirilmişdir. Onlara sağlamlığın insan həyatı üçün nə dərəcədə mühüm, əvəzolunmaz olması və gənclərin sağlamlıq hüquqları barədə məlumatlar verilmişdir.

Qəsəbədəki 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-narkoloqu “narkomaniyanın acı fəsadları”, “ağ ölüm” barədə çox düşündürücü məlumat verdi. Məktəblilər bu bəlaya öz mənfi münasibətlərini bildirdilər.

Sonda görüş iştirakçılarına “Sağlam həyat tərzi” və “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı bukletlər paylanıldı.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

 

ŞƏRHLƏR