"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi: “özümüzə insani borc bildik ki...”

--2020-11-25 / 14:52

27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan Silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının ərazilərinə hücum edərək, düşünülmüş təxribat törətmişdilər. Azərbaycanın Silahlı Qüvvələri əks-hücum əməliyyatları keçirmiş, düşmənin cavabını verərək onları geri oturtmuş, işğal altında olan ərazilərin azad edilməsi istiqamətində əməliyyatlar aparmışlar.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti sayəsində 44 gün davam edən Vətən müharibəsi başa çatmışdır. Azərbaycan bu müharibədə parlaq Qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçılar torpaqlarımızdan qovuldu. Əsgərlərimiz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdilər.

Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsində şəhidlərimiz, yaralılarımız oldu. Onlar canlarından, qanlarından keçdilər.

Mərdəkan qəsəbəsinin vətənpərvər, mərd oğullarından da bu müharibədə şəhidlik zirvəsinə ucalanlar, yaralananlar oldu. Onların valideynləri fəxr edirlər ki, övladları Vətən üçün, torpaq üçün canlarından keçiblər.

Biz bugünkü gündə, bir bələdiyyə olaraq, özümüzə insani borc bildik ki, qəsəbə şəhidlərinin, yaralananların, Hərbi Komissarlıq tərəfindən çağrılan, ehtiyatda olan əsgər və zabitlərin ailələrinə mənəvi dəstək olaq, onlara köməklik göstərək. Bu səbəbdən də, müharibədə iştirak etmiş əsgərlərimizin valideynlərinə baş çəkib, ərzaq yardımının paylanmasını evlərində həyata keçiririk. Hesab etdik ki, heç olmasa onlara az da olsa təsəlli verək. Dövlət Başçısının sözləri ilə desək, bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazandıq.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Şanlı, Rəşadətli Ordumuz!        

Qarabağ Azərbaycandır!

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR