"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi "Xocalını unutma” mövzusunda - rəsm müsabiqəsi keçirib

--2020-02-24 / 14:36

Soyqırım gününün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, onlar arasmda milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə, Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar, qəsəbədəki 183 nömrəli tam orta məktəbin şagirdləri arasında 24 fevral 2020-ci il tarixdə 1100 da "Xocalı faciəsi”nə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.

Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsnin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova şagirdlərə 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş cinayətlərdən məlumat verdi. Şagirdlərin diqqətinə çatdırdı ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Qeyd etdi ki, Xocalı soyqırımı əsrin Xirosima, Naqasaki kimi ən dəhşətli faciələri ilə bir sırada dayanır və demək olar ki, birincidir.

Tədbirin sonunda rəsm müsabiqəsi qaliblərinə Xəzər rayonu Mərdəkan bələdiyyəsinin “Diplom”lar təqdim olundu.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR