"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi şəhidlərin xatirəsini heç vaxt unutmur, onları hər zaman hörmət və ehtiramla yad edir

--2022-11-23 / 16:08

Mərdəkan qəsəbəsində yerləşən böyük xeyriyyəçi messenant Hacı Zeynalabdin Tağıyevin adını daşıyan 123 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən məktəbin həyətində tikiləcək abidə kompleksdə 6 şəhid məktəb məzununun şəkillərinin və adlarının əbədiləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdi.

Müraciətə bələdiyyənin şəhid ailələri və qazilərlə iş üzrə komissiyasında baxılaraq müsbət münasibət bildirildi. Bələdiyyə iclasında məktəbin həyətyanı sahəsində 6 şəhid məzunun xatirə “Abidə Kompleksi”nin yaradılmasına köməklik göstərilməsi yekdilliklə qərara alındı.

Məktəbin həyətində 1918-ci ildə erməni-bolşevik təcavüzü zamanı Azərbaycana köməyə gələrək şəhid olmuş, iki türk əsgərinin xatirəsi də əbədiləşdirilmişdir. Onların uyuduğu “Abidə kompleksi” 2003-cü ildə Mərdəkan bələdiyyəsi tərəfindən tikilmişdir.

Hər il 31 Mart - Azərbaycanlıların”Soyqırımı Günü”ndə Kompleksin önündə tədbir keçirilir.

Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş 6 məktəb məzununun xatirəsinin əbədiləşdirilməsi üçün, “Abidə Kompleksi”n tikilməsi və onların şəkillərinin, adlarının mərmər lövhədə əks olunmasına köməklik göstərilməsi bizim üçün böyük şərəfdir.

Şəhidlər bizim baş ucalığımızdır, onlar üçün imkan daxilində nə lazımdırsa, əməl etməyə çalışmalıyıq.

Şəhid məzunlar bizim övladlarımızdır, onların canı-qanı hesabına torpaqlarımız erməni işğalından azad olub. Biz onlara borcluyuq. Bizim mənəvi və insani borcumuzdur ki, onlara “Abidə Kompleksi” ucaldaq. Kompleks müasir örtük daşlar və naxışlarla əhatə olunmuşdur.

Biz şəhidlərin xatirəsini heç vaxt unutmayacayıq, onları hər zaman hörmət və ehtiramla yad edəcəyik. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Şəhidlər uca zirvənin fatehləridir.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR