"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi “Mərasim evi” istifadəyə verib

--2019-11-19 / 13:14

Məlumat üçün bildiririk ki, Mərdəkan bələdiyyəsinin Nizamnaməsinə və yerli sosial müdafiə, sosial inkişaf proqramına uyğun olaraq, qəsəbənin Oktyabr küçəsindəki qəbirstanlığın qarşısındakı böyük bir ərazidə 350 kv.m. sahədə “Mərasim evi”nin inşa edilərək tamamlanmışdır və yaxın vaxtlarda açılışı gözlənilir. Əsas məqsədimiz yas mərasimlərinin keçirilməsində sakinlərin rahatlığının təmin edilməsi, dini ayinlərin həyata keçirilməsi, ən əsası da qəsəbənin kasıb, imkansız ailələrin yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməkliyin göstərilməsidir.

“Mərasim evi” 350 nəfərə birdəfəyə xidmət göstərə biləcəkdir. “Mərasim evi”ndə kommunal, rabitə, infrastruktur işləri görülmüş, həmçinin yardımçı zal, köməkçi otaqlar və mətbəx lazımı avadanlıqlarla təchiz edilmiş və yaşıllıq salınmışdır.

Tikintiyə qəsəbə ağsaqqalları, qəsəbə fəalları baxış keçirmiş və belə qənaətə gəlmişlər ki, artıq “Mərasim evi” xidmət göstərməyə tam hazırdır.

Şəhid ailələrinin, tənha insanların, imkansız ailələrin yaxınlarının yas mərasimlərinə bələdiyyə tərəfindən köməkliyin göstərilməsi ağsaqqallar tərəfindən tövsiyə olunmuşdur.

Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanunu ilə “Bələdiyyələrin Statusu haqqında” Qanunda dəyişiklik edilərək, yerli sosial müdafiə və sosial inkişaf proqramlarında qəbirstanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi ilə bağlı məsələlərin tənzimlənməsi də bələdiyyələrin səlahiyyətlərinə aid edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli qərarlı ilə “Qəbirstanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq edilmişdir.

Bununla əlaqədar olaraq,bələdiyyə sədrinin şəxsi təşəbbüsü ilə qəsəbədəki Mərdəkan qəbirstanlığında köhnə yardımçı otaqlar sökülərək, yerində müasir standartlara cavab verən yeni otaqlar tikilmiş, su xətti çəkilmiş və qarşısında bulağın inşası tamamlanmışdır.

Qəbirstanlıq bələdiyyənin balansına verilən zaman, lazımı işlər görülmüş,hazır vəziyyətdə olduğundan artıq, sakinlərin istifadəsinə verilmişdir.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR