"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi media təmsilçilərini təbrik edir

--2019-07-21 / 16:57

Milli Mətbuatın 144 illiyi münasibətilə Xəzər rayonu Mərdəkan bələdiyyəsi bütün media qurumlarının rəhbərləri və təmsilçilərini Belediyye.info vasitəyilə təbrik edib. 

Belediyye.infoya göndərilən məktubda qeyd edilir ki, XIX əsrin ikinci yarısında yaranan Milli Mətbuatımız milli-mənəvi dəyərlərimizin, ölkəmizin strateji maraqlarının qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Ümummili lider Heydər Əliyevin söz və media azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunan peşəkar media fəaliyyət göstərir.

Bütün bu addımlarla yanaşı media daim Azərbaycan bələdiyyə sisteminin nailiyyətlərini və problemlərinin işıqlandırılmasında önəmli rol oynayır. Bu gün bələdiyyələrin həyata keçirdiyi layihələrin ictimaləşdirilməsində medaimız mühüm rol oynayır.

Bu mühüm işlərin icrasında ölkə mediasının bütün təmsilçiləni ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi 

 

ŞƏRHLƏR