"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi "Evdə qal, həyatları xilas et!" aksiyasına öz töhvəsini verib

--2020-03-29 / 15:16

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə Xəzər rayonu Mərdəkan bələdiyyəsi yaxından iştirak etməklə qoşulub. Bu barədə məlumat Xəzər rayonu Mərdəkan bələdiyyəsindən daxil olub.

Mərdəkan bələdiyyəsi tərəfindən qəsəbə ərazisində 65 yaşdan yuxarı insanlar, ahıil, tənha və aztəmiantlı ailələrlərin siyahısı tərtib edilərək, hər bir ailəyə bələdiyyənin ərzaq bağlamaları və koronavirusdan qortunmaq üçün tələb olunana ləvazimatlar təqdim edilib.

Bununla yanaşı sakinlərlə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və evdə qalmaları və məcbur qalmadıqca evdən çıxmamaları xahiş edilmişdir. Məlumatda o da bildirilir ki, bələdiyyə imkan daxilində karantin müddətində bu aksiyanı keçirmək niyyətindədir.

Belediyye.info

ŞƏRHLƏR