"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi də "Evdə qal, həyatları xilas et!" çağırışına qoşulub və qəsəbədə dezinfeksiya işləri aparıb

--2020-03-31 / 14:29

Xəzər rayonu Mərdəkan bələdiyyəsi tərəfindən Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə park və meydanlarında koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılmaqdadır. Bu barədə məlumat Mərdəkan bələdiyyəsindən daxil olub.

Yoluxma hallarının qarşısının alınması bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi ilə üçün qəsəbənin küçə, meydanlarında, parklarda, məsciddə, mərasim evlərində və qəbrstanlıqlarında dezinfeksiya işləri aparılmışdır. Bütün ölkə üzrə xüsusi rejimli karantin müddətində Mərdəkan bələdiyyəsi təşəbbüsü və dəstəyi ilə dezinfeksiya işləri davam etdiriləcəkdir.

Dezinfeksiya işlərinin icrasında yaxından iştirak edən bələdiyyənin üzvləri və könüllüləri Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışına dəstək verərək qəsəbə sakinlərinə, xüsusəndə 65 yaşlı insanların hər birinə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və evdə qalmaları, evdən çıxmamaları xahiş edilmişdir.

Belediyye.info

 

ŞƏRHLƏR