"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi bayram sovqatı paylayıb

--2019-08-13 / 10:56

Xəzər RİH-in təşəbbüsü Mərdəkan bələdiyyəsinin təşkilatçılığı ilə Qurban bayramı münasibətiylə ərazidəki 500 aztəminatlı və şəhid ailəsinə bayram sovqatı verilib. Yeddi ərzaqdan ibarət bağlama bələdiyyə üzvlərinin və qulluqçuların iştirakı və bələdiyyə iclasının qərarıyla bələdiyyənin inzibati binasında və hərəkət məhdudiyyəti olan insanların isə mənzillərində paylanılıb. Onlarla söhbətlər aparılmış, bayram günü ilə əlaqədar təbrik edilmiş və bayram sovqatı təqdim edilmişdir.

Belediyye.infoya daxil olan məlumata görə, bu aksiya mütəmadi olaraq hər il keçirilir.

Belediyye.info

ŞƏRHLƏR