"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi aztəminatlı ailələrə ərzaq bağlamaları təqdim edib

--2020-04-07 / 16:33

Xəbər verildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Xəzər rayon Mərdəkan bələdiyyəsi də yaxından iştirak etməklə bu aksiyaya dəstək verməkdədir. Bu barədə məlumat adıçəkilən bələdiyyəyən daxil olub.

Aksiyada aztəminatlı, təhna, ahıl və  65 yaşdan yuxarı insanların bir qisminə bələdiyyə tərəfindən hazırlanan ərzaq bağlamaları təqdim edilib.

Təqdim ediklərkən isə xüsusən olaraq indiki  karantin dövründə onların hər ilə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və qeyd edilmişdir ki, evdə qalaraq təkcə öz həyatımızı təhlükədən uzaqlaşdırmış olmuruq, həm də sevdiklərimizi qorumuş oluruq. Sadəcə gündəlik etməli olduğumuz məsələlərə daha diqqətli yanaşaq və məcbur qalmadıqca evdən çıxmayaq.

Belediyye.info

ŞƏRHLƏR