"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi ağacəkmə aksiyasısı keçirib

--2019-02-08 / 13:32

Xəzər rayonu Mərdəkan bələdiyyəsi rayonunun mərkəzi qəsəbəsi olduğundan, burada aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işlərində yaxından iştiak edir. Bələdiyyədən daxi lolan məlumata görə, qəsəbə ərazisində, yeni salınmış parklarda və yeni yolda Buzovna-Mərdəkan-Qala avtomobil magistralının geniş hissəsi olan Mərdəkan yolunun sağ və sol hissəsində Buzovna-Şüvəlan istiqamətindəki avtomobil yolunun açılışı gözlənilən hissəsində yaşıllıq zolaqlarının salınması ilə əlaqədar, 2019-cu ilin yanvar ayında ümumilikdə 400-ə yaxın yeni ağaclar əkilmişdir.

Bələdiyyədən onu da bildiriblər ki, proses bundan sonra da davamlı olacaqdır.Yaşıllıqların qorunması, aqrotexniki qulluğun göstərilməsi istiqamətində də işlərin aparılması nəzərdə tutulmuşdur.

Belediyye.info

 

 

ŞƏRHLƏR