"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz qəsəbənin yerli əhəmiyyətl məsələlərini vaxtında həll etməkdir-BƏLƏDİYYƏ SƏDRİ YAZIR

--2017-02-07 / 16:53

Ölkəmizdə gedən bütün müsbət proseslərin təməlini qoyan  Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevdir.

Bu gün isə bu yolun layiqli davamçısı olan Respublikamızın Prezidenti cənab İlham Əliyev öz müdrük və uzaqgörən siyasəti ilə, həyata keçirdiyi geniş miqyaslı islahatlarla keyfiyyətcə yeni mərhələsinin əsasını qoymuş oldu. Bu inkşaf  strategiyasının yüksək dinamizmlə aparılması Azərbaycanı regionun lider dövlətinə çevirmiş və  beynəlxalq aləmdə onun nüfuzunu daha da gücləndirmişdir.

 

Ölkənin surətli inkşafında, əhalinin sosial rifahının yüksəlməsində, demokratiyanın genişlənməsində yerli özünüidrəetmə orqanları kimi bələdiyyələrin də rolu ildən-ilə artmaqdadır.Bələdiyyə təsisatı inkişaf edərək ölkənin demokratik idarəetmə sistemində tədricən öz yerini tutmaqdadır. Bələdiyyələr yaranmış münbit şəraitdən faydalanaraq onlara qanunla verilmiş səlahiyyətlərdən daha səmərəli istifadə etməyə,ölkəmizdə gedən abadlıq quruculuq işlərində dövlətin köməkçisi kimi yaxından iştirak etməyə çalışırlar.

 

Bu gün böyük fərəh hissi ilə qeyd edə bilərik ki, Hörmətli Prezidentimiz,cənab İlham Əliyevin həyata keçirdiyi sosial iqtisadi inkişafına dair dövlət proqramlarının icra olunması uğurla öz bəhrəsini verməkdədir. Ölkəmizdə bir çox infrastruktur layihələr həyata keçirilir, yollar çəkilir, körpülər tikilir, sənaye obyektləri istifadəyə verilir. Bunun nəticəsidir ki, getdikcə ölkəmizdə işsizlərin sayı azalır, yoxsulluq minimum səviyyəyə enir, xalqımızın rifahı yaxşılaşır. Bu müsbət məramlı tədbirlərdə biz də bələdiyyə olaraq dövlətimizin inkişafı və dünya ölkələri arasında istər iqtisadi, istər mədəni, istərsə də humanitar sahədə qabaqcıl sıralar tutması üçün dövlət layihələrinin reallaşmasında  yaxından iştirak edirik.

Ölkəmizin həyatında baş verən ən yadda qalan, mötəbər hadisə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır.

Bundan əlavə sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçirilmişdir. Baş tutan referendum bələdiyyə və bələdiyyə qulluqçularının məsuliyyətini daha da artırmışdır.Belə ki, Bələdiyyələrin məsuliyyəti haqqında“Maddə 1461"  Azərbaycan Respublikasının Konstitusiyasına əlavə olunmuşdur. Həmin maddə də "Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” əlavəsi öz əksini tapmışdır.

Bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipi əsasında qurulması əhalinin bizə inamını artıran əsas amillərdən biridir. Buna görə də biz öz fəaliyyətimiz haqqında əhaliyə mütəmadi məlumat veririk.

Müşfiqabad bələdiyyəsi ərazisində yerləşən yaşayış massivlərində yaşayan əhali tərəfindən atılan bərk məişət tullantıları hər gün aidiyyatı üzrə poliqona daşınaraq zərərsizləşdirilmişdir.

Tərəfimizdən xüsusi texnika cəlb edilməklə uzun müddətli yığılıb qalmış sənaye  və bərk məişət tullantılar yığılaraq poliqona daşınmışdır və ətraf abadlaşdırılmışdır.   

Hesabat dövrü ərzində yanvar ayından başlayaraq mütamadi olaraq  vətəndaşların səyyar qəbulu təşkil edilmişdir. Keçirdiyimiz səyyar görüşlərdə inzibati ərazidə yerləşən  xidmət sahələrinin iştirakı təmin edilmiş və qaldırılan məsələlər protokollaşdırılaraq  öz səlahiyyətimiz daxilində həll edilməsi təmin edilmişdir.Həll edilməsi imkanımız xaricində olan məsələlər barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

 

Yaşayış massivlərində  məhəllədaxili yollar əsaslı təmir edilərək asfalt örtüyü çəkilmiş və küçələr abadlaşdırılmışdır.

 

Cari ildə bələdiyyəsnin ərazisində özbaşına torpaq zəbtlərinin, qanunsuz tikililərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülmüş,bəzi hallarda tədbirlərin daha təsirli olması üçün məhkəmələrə müraciət edilmişdir.

Bələdiyyəmizdə humanitar tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq aztəminatlı ailəyə maddi yardım göstərilmiş, Bayramlarda isə  ərazimizdə yaşayan aztəminatlı ailələrə və o cümlədən 20 Yanvar, Çernobl, Ağsaqqal və Mühabibə veteranları şurasının üzvlərinə və digər sakinlərlə bayram görüşləri keçirilmiş və köməklik göstərilmişdir.

 

Ərazimizdə mütəmadi olaraq keçirilən iməciliklərdə dekoratif ağac və kollar əkilmiş və onlara lazımi qulluq göstərilir. Hal-hazırda bu işlər davam etdirilir ərazimizin abadlaşdırılması üçün ictimai tədbirlər öz nəticəsini verməkdədir .

Müşfiqabad qəsəbəsinin qəbirstanlıq ərazisində yollar düzəldilib,mərkəzi və köməkçi küçələrinin (binaların arası) çala -çuxurları  asfalt yondarları ilə

doldurulmuşdur.

 

Müşfiqabad qəsəbəsi 1-ci və 2-ci massivdə yaşayan sakinlərinin su və kanalizasiya ilə bağlı şikayətləri nəzərə alınmış və Qaradağ rayonu “Su kanal “ idarəsinə məktub göndərilmişdir.

 

Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamənin” təsdiq olunması barədə 8 May 2001-ci il tarixli Azərbayacan Respublikası qanununa əsasən Müşfiqabad bələdiyyəsi ərazisində bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara köməklik məqsədi ilə, yerli əhəmiyyətli məsələlərlə bağlı, qəsəbənin abadlaşdırılması,yaşıllaşdırılması, sanitariya vəziyyətinin yaxşılaşdırılmasında əhalinin iştirakını təmin etmək, qəsəbə sakinlərinin maarifləndirilməsi, əhalinin təşəbbüskarlığının və özünüidarəetmə təcrübəsinin inkişafına köməklik göstərilməsi məqsədilə ərazimizdə 4 müxtəlif məhəllə komitəsi yaradılması  barədə tədbirlər planı hazırlanmışdır. Plan ən yaxın vaxta icra olunacaqdır. Bu həm məhəllə sakinlərinin qarşıya çıxa bilən problemlərinin həllində operativlik, həmçinin birbaşa məhəllə komitəsi ilə bələdiyyələrin birgə fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addım olacaq və qısa müddətdə öz müsbət nəticəsini göstərəcəkdir.

 

2016-cı ildə Müşfiqabad bələdiyyəsi tərəfindən 11 bələdiyyə iclası keçirilmiş,  17 əmr  verilmiş, eyni zamanda vətəndaşlardan və müxtəlif təşkilatlardan 29 məktub, 15 ərizə bələdiyyəmizə daxil olmuşdur. Həmin məktub və müraciətlərdə qaldırılan məsələlərə operativ müdaxilə edilərək müsbət formada həllinə səy göstərilmişdir. Daxil olmuş məktublar və ərizələr qanunda nəzərdə tutulmuş müddətdə cavablandırılmışdır.

 

Bələdiyyəmizin uğurları ilə yanaşı həm də ərazimizdə problemlərin mövcudluğu da istisna deyil. Ərazidə ən aktual problem, vergilərin ödənilməsi ilə bağlı əhali arasında maariflənmənin zəif təşkili və ərazidən yığılan vergilərin nəzərdə tutulandan az olması ilə bağlıdır. Bələdiyyə büdcəsinin  ancaq yerli vergi və ödənişlərdən formalaşdığını nəzərə alsaq, bunun bələdiyyə ücün ən aktual problem olduğunu görmüş olarıq.

 

Bununla bağlı bələdiyyəmizin üzvləri və qulluqçuları  daim əhali arasında maarifləndirmə işləri aparır, vergilərin ödənməsinin əhalinin xeyrinə olduğunu, dövlətimizin bazar iqtisadiyyatı ilə bağlı keçirdiyi iqtisadi –siyasi islahatların fonunda yerli vergilərin bələdiyyə büdcəsi üçün vacibliyini izah edirlər.

 

Əhalinin rahatlığının təmin olunması ilə bağlı atılacaq növbəti əsas addımlardan biri də bələdiyyəmizin ərazisində olan məhəllədaxili yolların təmir olunması ilə bağlıdır. Həmçinin, qəsəbəmizdəki sıradan çıxmış və təmirə ehtiyacı olan su və kanalizasiya xətlərinin cari təmiri yaxın vaxtlarda görüləcək  işlər  siyahısına  daxil  edilmişdir.

Bu gün ölkəmizdəki vəziyyət sübut edir ki, bələdiyyələr ölkənin tərəqqisində və

demokratiyanın inkşafında mühüm yer tutur.Bu tərəqqi biləvasitə, Respublikamızın prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

 

Qısa zaman kəsiyində bələdiyyəmizin ərazisində mövcud olan problemlərin uğurla aradan qaldırılacağına və bu ərazidə yaşayan sakinlərin rahat və problemsiz həyat tərzi sürmələri üçün  öz vəzifəmizi layiqincə yerinə yetirməklə bu tərəqqini davam etdirməsi üçün yeni yeni yerli sosial,iqtisadi və ekoloji proqramlar hazırlanacaq və növbəti hesabatlarda icrası ilə bağlı məlumat veriləcəkdir.

Vüqar Əliyev

Qaradağ rayon Müşfiqabad  bələdiyyəsinin sədri

ŞƏRHLƏR