"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məqsədimiz bələdiyyənin nüfuzunu artırmaqdır

--2016-01-28 / 21:04

Azərbaycan demokratik inkişaf yolu seçmiş bir dövlətdir. Dövlət başçısı İlham Əliyevin  hərtərəfli fəaliyyəti nəticəsində dövlətimiz iqdisadi cəhətdən möhkəmlənməkdə, əhalinin sosial-iqdisadi vəziyyəti yaxşılaşmaqda, beynəlxalq aləmdə ölkəmizə olan etimad durmadan artmaqdadır. Bu müddət ərzində ölkədə həyata keçirilən sosial məsələlərin həlli istiqamətində bələdiyyələrin fəaliyyəti danılmazdır. Əvvəlki illərdən fərqli olaraq bələdiyyələrin təcrübə və inkişafının artması göz qabağındadır. Bələdiyyələr getdikcə formalaşaraq öz imkanlarını genişləndirirlər.

Sabunçu rayonu Ramana bələdiyyəsi fəaliyyətini əsasən abadlıq, təmizlik və təmir işlərinə, ərazidə yaşayan əhalinin aztəminatlı təbəqələrinə-müharibə əlillərinə və şəhid ailələrinə, tənha və kimsəsizlərə yardımlar etməyə, məcburi köçkün ailələrinə bayram sovqatı paylamağa köməklik göstərməyə yönəltmiş, icra hakimiyyəti ilə birgə müxtəlif tədbirlərdə iştirak etmişdir. Əhali qarşısında vaxtaşırı hesabatlar vermək, onların xahişi və təkliflərini dinləyib köməklik göstərmək bələdiyyələrin vəzifələrindən biridir. Bu işlərin görülməsində, onların həllində rayon İcra Hakimiyyətinin xüsusi rolunu və dəstəyini qeyd etmək lazımdır.

Qeyd etmək istərdim ki, bələdiyyənin əsas gəlirini fiziki şəxslərdən toplanan torpaq və əmlak vergisi təşkil edir.

 

Ərizə ilə müraciət edən 24 aztəminatlı ailəyə maddi yardım göstərilmişdir. Novruz və Ramazan bayramı münasibətilə qəsəbənin aztəminatlı və şəhid ailələlərinə bayram sovqatı paylanmışdır.

Mart və may aylarında qəsəbədə yerləşən 1941-1945-ci il Böyük Vətən Müharibəsini əks etdirən və Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş xatirə lövhəsinin ətrafında abadlıq və bəzi təmizlik işləri görülmüşdür. İyul ayında Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsində yaşayan sakinlər həmin küçədə sıradan çıxmış kanalizasiya xəttinin bir hissəsinin yenidən bərpası məqsədilə bələdiyyəyə müraciət etmiş, tərəfimizdən bu işin başa çatdırılması üçün köməklik göstərilmişdir.. Sentyabr ayında Ramana Südçülük Sovxozunda təmizlik işləri görülmüş, Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsində məişət tullantılarının atılması üçün xüsusi yer tikilmişdir. Oktyabr ayında Ramana qəsəbəsi Qalaətrafı ərazidə abadlıq və təmizlik işləri görülmüşdür.

Dövlət tərəfindən ayrılan dotasiyanın müəyyən bir hissəsi Ramana kənd qəbiristanlığının uçulmuş hasarının yenidən tikilməsinə, qalan hissəsi isə Südçülük Sovxozu ərazisində yaşayan əhalinin bir hissəsinin qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxananın tikilməsinə sərf edilmişdir. Hazırda həmin nasosxana əhalinin istifadəsindədir. Bələdiyyənin imkanları daxilində ərazi məhəllədaxili yollarının bəzi hissələrinə çınqıl və karbonat tökülmüş, əhalinin köməkliyi ilə yayılmışdır.

Ötən il ərizində Ramana bələdiyyəsinə ümumilikdə müxtəlif idarələrdən 39 məktub, ayrı-ayrı vətəndaşlardan şifahi və yazili formada 243 müraciət daxil olmuş, müraciətlər araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Tərəfimizdən idarə və təşkilatlara 91 məktub göndərilmişdir. 

Üzərimizə düşən məsələlərin həllinə istənilən səviyyədə nail ola bilməsək də bu istiqamətdə görülən işlərin həcmi ilbəil artmaqdadır. Biz öz fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.

İşimizi gələcəkdədə bu istiqamətdə qurub qəsəbənin sosial iqdisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlərin görülməsinə yönəldəcəyik.

İntizar Rzayeva

Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri

 

 

 

 

 

ŞƏRHLƏR