"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mənzil-kommunal təsərrüfat sistemində şəffaflıq niyə təmin edilmir? Və ya “zibil pulu” niyə nəğd yığılır?

--2021-02-21 / 17:54

Demək olar ki, elə bir həftə olmur ki, “Jek”də çalışan pasport qeydiyyatçısı zəng edib “zibil pulu”nu istəməmiş olsun. Hər zəngdən sonra əsəbləşsəmdə çox sakit tərzdə məhz zəng edənlərə izah etmək istəyirəm ki, mən zibil pulunu vermək istəyirəm, özü də ürəkdən istəyirəm, amma belə nəğd şəklində yox, konkret olaraq köçürmə ilə. Heç olmasa köçürmə ilə edəndə bilirəm ki, belə olan halda neqativ halın baş vermə ehtimalı sıfıra bərabərdir. Çünki mədaxil olunan vəsait rəsmi qedyyata alınır.

Əslində o xanımları məcbur edib zəng etdirənləri isə hər dəfə “xoş sözlərlə” anıram, həmdə ona ğörə ki, o pasport qedyyatçılarına pulun yığılması üçün gündəlik plan qoyulması da məhz kabinet rəsmilərinin bilavasitə tapşırığıdır.

Təsəvvür edin ki, karantin günlərində də “Jek” işçilərinin qap-qapı düşüb “zibil” pulunun yığması adi hala çevrilmişdi. Ötən il fevral-mart aylarında intensiv şəkildə başlasalarda karatin günlərində bir qədər ara verib iyun ayından təkrar qapıları döyməyə başlayıblar. Əslində burda pis bir məqam yoxdur. “Jek” əməkdaşları öz vəzifələrini icra edirlər. Bu gün bələdiyyə müfəttişləri də qapı-qapı düşüb bidirişləri paylayırlar. Olsun, belə də olmalıdır. Qanun qəbul edilibsə,vergi verməliyiksə, demək onu da vaxtında ödəməliyik. Məhz ödədiyimiz vergilərdə sonda özümüzə qayıdır, bizim problemlərimizin həllinə yönəldilir, daha doğrusu yönəldilməlidir.

Sözüm yenə onda deyil. Sözüm ondadır ki, nədən bu sahədə mövcud olan neqativ halların qarşısının alınması üçün addımlar atılmır. Və ən pisi odur ki, vergi və ödənişi nəğd şəkildə yığan “jek” strukturunda çalışanlar öz “maxinasiyalarını” ört-basdır etməkdən ötrü bir çox hallarda dolayısıyla ictimaiyyət arasında bələdiyyələrin fəaliyyətini kölgə altına alır. Bu yerdə mənzil-kommunal strukturunda çalışanların diqqətinə bir məqamı xatırlatmaq istərdim.    

Ölkə başçısı hələ 2014-cü ilin 20 iyun tarixində Azərbaycan Prezidenti “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb. Qanuna edilən dəyişikliyə əsasən: Maddə “11.4. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”.

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Məhz həmin vaxtdan yerli vergiləri bələdiyyələr nəğdsiz yığır və bununlada bu sahədə mövcud neqativ hal aradan qalxmış oldu.   

Qısası ölkə başçısının bir sərəncamıyla bələdiyyələrə qarşı yönələn neqativ iddialara son qoyulmuş oldu. Bu gün artıq onlayn şəkildə hər kəs hətta mobil telefon vasitəsiylə ödənişlərini edir. Axı bu həmdə biz vergi ödəyicilərinin rahatlığı deməkdir.

Sual olunur belə olan halda paytaxtın mənzil-kommunal təsərrüfatı sistemində “zibil pulu”nun nəğdsiz şəkildə ödənilməsinə nə vaxt başlanılacaqdır. Nəyi gözləyirik? Bunun üçün DTX-nn “qara maska”lılarının gəlişimi lazımdır?

Təkrar edirəm ki, bugün vergilərin nəğd şəkildə ödənişinə şəxsən mən razı deyiləm. Çünki verdiyim pulun necə, nə nə cür xərcləndiyinə və ya həqiqətənmi təyinatı üzrə xərcləndiyi barədə şübhəm olduğuna görə nəğd şəkildə ödəmək fikrində də deyiləm. Verilən qəbzlərin məhv edillərək, yenidən hazırlanmayacağına kim zəmanət verə bilər. Heç kim...

Nəğdsiz ödənişlərdə isə “maxinasiya” hallarına yol verilməsi çətin və mürəkkəb olduğundan heç bir məmur buna getmir və heç istəsədə gedə bilmir, çünki ciddi nəzarət vardır. Belə çıxır ki, elə məmurlar özləri “zibil pulu”nun nəğd şəkildə yığımına maraqlıdırlar. Bununla nəğd şəkildə əldə olunan maliyyə vəsaitiylə onlar bir növ icra başçılarının “çöldən-çölə” olan gözlənilməz tapşırıqlarını yola vermiş olurlar. Amma nəzərə almaq lazımdır ki, bu sahədə şəffaflığın habelə hesabatlılığın təmin edilməsinin vaxtı çatıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizova müraciət edərəm:

- Paytaxtın mənzil-kommunal təsərrüfatı sistemində yeniliklərin tətbiqinə başlanılmalıdır. Bu sahənin texniki təchizat sarıdan problemi olmasa da, bu sahədə şəffaflığın təmin edilməsi və hesabatlılıq baxımından çox ciddi problemlərin olduğunu etiraf etməliyik. Ən əsası isə “zibil pulları”nın nəgdsiz ödənişini həyata keçirmək günün tələbinə çevrilib.

İnanmaq istərdim ki, vətəndaş cəmiyyətinin təmsilçisi olaraq qaldırdığım bu məsələ diqqətdən kənarda saxlanılmayacaq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri

P.S. Mövzu ilə əlaqəli bütün tərəflərin fikir və mülahizələrini dinləməyə və saytda yerləşdirməyə hazırıq.

ŞƏRHLƏR