"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məmur, həmdə ziyalı olarsa-BİZDƏ ŞEİRDƏ VAR, SƏNƏTDƏ VARDIR

--2019-06-01 / 17:31

Bu gün   mənim üçün (yəqin ki, tək mənim üçün yox) dəyərli bir insanın kitab təqdimatı keçirildi. Dəbdəbədən, təmtəraqdan uzaq bir tədbir.

Bəzən düşünmək olardı ki, məclis sahibi özünün çalışdığı sahənin resurslarından istifadə edib, zalı doldura bilərdi, onlarca və yüzlərcə tanınmış insanı dəvət edə bilərdi. Amma etməmişdi. Ədəbiyyatı və poeziyanı sevən, barmaqla sayıla biləcək ziyalıya deməklə kifayətlənmişdi. Bu da fikrimcə məclis sahibinin alicənablığından irəli gəlmişdi.

Beləliklə, məclisdə sözə qiymət verənlər iştirak edirdi.

Çox məzmunlu bir tədbir alındı.

Söhbət isə Ramiz Göyüşovdan və onun yenicə işıq üzü görən kitabından gedir.

Danışıldı, çox mətləblərə toxunuldu, istər məclisin moderatoru akademik Nizami Cəfərov, istərsə də Tağı Əhmədov, İlham Pirməmmədov, Ramiz Məmmədzadə və digər ziyalılar.

Sanki tədbirdə bir balans gözlənilmişdi. Poeziya sevənlər və məmur ziyalılar. Açığı kitab haqqında və kitaba daxil edilən məqalələrin bir çoxunu oxumuşdum, məlumatım var idi. Səlist və oxunaqlı dildə yazılan məqalələrin hər biri dəyərli idi, həmdə tədqiqat əsəri hesab etmək olardı.

Tədbirdə isə yaddaşımda iz buraxan fikirlərdən ən əsası isə “məmurun ziyalı olması cəmiyətin uğurudur” ifadəsi idi. Belə ziyalı məmurlarımızdan biri də Ramiz Göyüşovdur.

İnanıram ki, hörmətli Ramiz Göyüşov məhz ziyalı məmur kimi ədəbiyyat aləmində də bundan sonra da öz sözünü deyəcəkdir.

Bu işdə Ramiz müəllimə yalnız uğurlar arzulayıram.

Vüqar Tofiqli

ŞƏRHLƏR