"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məmmədli bələdiyyəsi yeni layihəyə start verib

--2017-10-10 / 17:56

Abşeron rayon Məmmədli bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə,  Məmmədli bələdiyyəsi sakinlərin müraciətlərini nəzərə alaraq bələdiyyə iclasının qərarıyla qəsəbədaxili yollarda cari təmir işlərinə start verib.

Qəsəbənin əsasən mərkəzi və yeni yaşayış massivini əhatə edən layihədə əsasən yolların alt qatı qrederlə düzəldilir, sonra  isə asfalt qırıntıları ilə hamarlanır.

Layihənin icrası nəticəsində qəsəbədə  beş kilometrə yaxın yolda təmir bərpa işləri aparılacaq.

Belediyye.infoya daxil olan məlumata görə, ötən ildə bələdiyyə qəsəbədə 10 km yaxın  ərazidə əsaslı təmir işləri aparıb.

P.S.Bələdiyyənin təqdim etdiyi fotoları təqdim edirik.

Belediyye.info 

ŞƏRHLƏR