"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məmmədli bələdiyyəsi qəsəbədaxili yolların təmirini davam etdirir

--2017-10-11 / 17:11

Abşeron rayon Məmmədli bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə,  Məmmədli bələdiyyəsi  qəsəbədaxili yollarda cari təmir işlərini davam etdirir.

Bələdiyyənin yaydığı məlumata görə, həftə ərzində  qəsəbənin yeni yaşayış massivini əhatə edən 2000 metrə yaxın ərazinin alt qatı qrederlə düzəldilərək, sonra  isə asfalt qırıntıları ilə hamarlanıb.

Belediyye.infoya daxil olan məlumata görə, ötən ildə bələdiyyə qəsəbədə 10 km yaxın  ərazidə əsaslı təmir işləri aparıb.

P.S.Bələdiyyənin təqdim etdiyi fotoları təqdim edirik.

Belediyye.info 

ŞƏRHLƏR