"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mehmanxana rusumu hansı mehmanxanalardan yığılmalıdır? Bələdiyyə ərazisində olan mehmanxanalardan ya bələdiyyə mülkiyyətində olan mehmanxanalardan? SUAL

--2019-10-10 / 12:32

 “Yerli vergilər və ödənişlər haqqında” Qanunun 9-cu maddəsində yerli ödənişlərin tərkibi müəyyən edilmişdir. Qanunun 9.1.4-cü maddəsinə görə bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir. Göründüyü kimi qanunda bələdiyyə ərazisində olan mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən bəhs olunur. Yəni müəssisənin bələdiyyə mülkiyyətində olması şərt deyil.

 Sualı tanınmış vəkil Bahadur Kərimov cavablandırdı.

ŞƏRHLƏR