"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Məhəmmədi kəndində Şəhidlərin xatirəsi hər zaman əziz tutulur

--2022-01-08 / 16:23

İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində Abşeron rayonunun Məhəmmədi kəndinin gəncləri də cəsarətlə vuruşaraq yüksək qəhrəmanlıq göstəriblər.

Bu gün ölkəmizin Məhəmmədi kəndində şəhidlərə, qazilərə böyük hörmət və ehtiram var. Həm Birinci Qarabağ, həm də Vətən müharibələrində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlər heç vaxt unudulmur, həm dövlət, həm də xalq tərəfindən xatirələri əziz tutulur, adları əbədiləşdirilir.

Məhəmmədi bələdiyyəsindən verilən məlumatda bildirilir ki, Abşeron RİH-in başçısı İradə Gülməmmədovanın təşəbbüsü və Məhəmmədi bələdiyyəsinin dəstəyi ilə kənddə “Şəhidlər kompleksi və bulağı” istifadə verilib.

Bununla yanaşı şəhidlərin qəbrüstü abidəsinin götürülməsi və ətrafında abadlıq işlərinin aparılması diqqət mərkəzində olub. Açılış mərasimlərində 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Məhəmmədi döyüşçülərinin qəhrəmanlıqlarından danışıblar.

Belediyye.info

ŞƏRHLƏR