"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mehdiabad bələdiyyəsi 708 min manat maliyyə vəsaiti əldə etmək niyyətindədir

--2019-01-09 / 12:14

Abşeron rayonu, Mehiabad Bələdiyyəsi ötən ilin sonunda yerli büdcənin vəsaitləri üzrə 2019-ci il üçün gəlir və xərcin (icmal) proqnoz smetasını bələdiyyə iclasına təsdiq edib.

Belediyye.infoya daxil olan məlumata görə, Mehdiabad bələdiyyənin 2019-cu ildə 708 min manat maliyyə vəsaiti əldə etməyi qarşıya məqsəd qoyub.

Bu vəsaitin 250 min manatı torpağın satışından daxilolmalar kimi, 110 min manatı yaşayış fondlarının, həyətyanı sahələrin və bağ sahələrinin torpaqlarına görə torpaq vergisi kimi 150 min manatı əmlak vergisi kimi yığmaq nəzərdə tutulub.

Bununla yanaşı büdcədə 7.000 manat bələdiyyə mülkiyyətində olan torpaqlarda binalarda və digər obyektlərdə olan küçə (divar) reklamlarının yerləşdirilməsi və yayım üçün ödənişlər nəzərdə tutulub.

Xərclər bölümündə isə 250 min manat qəsəbənin abadlaşdırılması nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR